28 Yanvar 2023 00:49
292
İQTİSADİYYAT
A- A+

"Azərişıq" ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

 

"Azərişıq" ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütəmadi olaraq maarifləndirici söhbətlər də aparılır.
"Azərişıq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, görülən bütün tədbirlərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.
Belə hallardan biri Xırdalan şəhərində yerləşən "Mormor" restoranında ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb. 
Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət göstərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.  
Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik, bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb. 
Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman  növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub. 
Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astara rayonunda evlərin birində elektrik sayğacı xüsusi "maqnit" vasitəsilə dövrədən kənarlaşdırılıb. 
Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Goradil kəndində yerləşən evlərdə də sayğaca kənar müdaxilə edilib. 
Digər neqativ hal Xətai rayonunda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur. 
Buzovna qəsəbəsində də evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb. "Azərişıq" ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detallı şəkildə öz təsdiqini tapır. 
"Azərişıq" ASC bildirib ki, qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu, ardıcıl olaraq davam etdiriləcək. Həmçinin bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video