"Azərişıq" ASC Kəlbəcər rayonu, Zod yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir
Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1: Kəlbəcər rayonu, Zod yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması.
İştirak haqqı - 500 manat
"Azərişıq" ASC
Hesab: AZ83AIIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: "Kapital Bankın" Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIIBAZ2X
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, M.Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişıq" ASC-nin inzibati binasından ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs - Namik Heybətov (telefon: 440-39-93, daxili (92-19)) [email protected]
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;
- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- iddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat;
- iddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat;
- müvafiq işlər üzrə lisenziya və sertifikatları;
- iddiaçı şirkətin rəhbərinin, habelə işlərini idarə edənlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində məhkum olunmaması haqqında arayış.
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (https://etender.gov.az/).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07 sentyabr 2022-ci il saat 12:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 15 sentyabr 2022-ci il saat 12:00-a qədər Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 16 sentyabr 2022-ci il saat 12:00-da Mirzəağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq" ASC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın qadın voleybolçularından ibarət millisi İslamiadada bürünc medala sahib olub
15 Avqust
Quba rayon sakini Abil Zeynalovun sağ olmasına baxmayaraq, ölmüş elan edilməsi faktı ilə bağlı araşd...
15 Avqust
Adil Əliyev: Prezident İlham Əliyev Basqalda Ermənistana sərt və birmənalı şəkildə xəbərdarlıq etdi...
15 Avqust
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində iş davam edir
15 Avqust
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb
15 Avqust
Balakəndə genişmiqyaslı əməliyyatlar keçirilib, 7 nəfər saxlanılıb
15 Avqust
ASCO-nun 2500 tonluq kran gəmisi “Abşeron” yatağında görüləcək işlərə cəlb olunub
15 Avqust
ANAMA: Ötən həftə 685 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
15 Avqust
V İslam Həmrəyliyi Oyunları: Ağırlıqqaldırma üzrə Azərbaycan idmançısı gümüş medal qazanıb...
15 Avqust
İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb
15 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!