“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyənin “Öksüt” qızıl mədəni ilə tanış olub
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin “Çiftay” dağ-mədən və tikinti şirkətinin “Öksüt” qızıl mədəninə səfər edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, işgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və iştirakı, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MSB) təmsil edən MEXT Texnoloji Mərkəzi və onun tərəfdaşı “KoçDigital” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Kayseri şəhərində yerləşən və Kanadanın “Centerra Gold” şirkəti tərəfindən istismar edilən qızıl mədənində istehsalatın avtomatlaşdırılması prosesi ilə bağlı tətbiq edilən texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində istehsal müəssisəsində səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə dördtərəfli görüş olub. Görüşdə Cəmiyyətin istehsal proseslərinin innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi ilə avtomatlaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri və bu çərçivədə atılacaq növbəti addımlar müzakirə edilib.
Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən müxtəlif istiqamətlər üzrə innovativ yenilikləri tətbiq edən və daim təkmilləşdirən “AzerGold” QSC mütəmadi qaydada maddi-texniki bazasını çağdaş dövrün texniki tələblərinə uyğun olaraq yeniləyir. İnnovativ yanaşmalar təkcə istehsal prosesinin səmərəliliyinin artırılması məqsədilə deyil, biznesin inkişafı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və digər fəaliyyət istiqamətləri üzrə də tətbiq olunur. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM ilə Türkiyənin MSB-yi arasında ötən ilin sonu imzalanmış anlaşma memorandumu çərçivəsində MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti ilə birgə rəqəmsal savadlılığın təşviqi, ağıllı istehsal proseslərinin qurulması, istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili və sair kimi əməkdaşlıq istiqamətləri üzrə müvafiq addımlar atılır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!