15 Dekabr 2021 01:25
3109
ELANLAR
A- A+

“Azercell Biznes” yeni nəqliyyatın idarəolunması sistemini yaradır

 

Aparıcı mobil operator korporativ müştəriləri üçün əşyaların interneti (IoT) istiqamətində yeni biznes həlli təqdim edir

 

Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib korporativ strukturlar üçün ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəklində əşyaların internetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə verir.

Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır.

“Azercell”in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri:

* Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin faydalılıq dövrünü uzadır;

* Yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir;

* Müştəri xidmətini genişləndirir”;

* Yeni mobil xidmətlərin göstərilməsinə imkan verir;

* İşçilərin təhlükəsizliyini və mühafizəsini artırır;

* Ekoloji məsələləri diqqətdə saxlayır;

* Kompleks şəklində rabitə xidmətlərinin vahid etibarlı tərəfdaş tərəfindən təmin edilməsinə nail olur.

Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərinin artması kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə aldıqda “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həll logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaq.

“Azercell Biznes” öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi komandası ilə həllin quraşdırılmasını, texniki xidmət və müvafiq təlimlərin keçirilməsini, həmçinin sonrakı dövrdə texniki dəstəyin göstərilməsini də öz üzərinə götürür.

“Azercell”in yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycanda və ölkə sərhədlərindən kənarda onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə, həll mühərrikin işi, mexaniki hissələrin vəziyyəti, hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznesim Nəqliyyat” həmçinin sürət həddi, sərt əyləc istifadəsi və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir.

“Azercell”in korporativ müştəriləri “Biznesim Nəqliyyat” həllinin köməyi ilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında, səmərəli, təhlükəsiz, müştəri-yönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video