07 Mart 2023 15:30
694
PARLAMENT
A- A+

Azərbaycanla Rusiya arasında idman sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, idmanın və bədən tərbiyəsinin Azərbaycanda populyarlaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Milli Məclis sədrinin müavini Ulu Öndər tərəfindən bu sahədə sistemli və kompleks yanaşmanın əsasının qoyulmasından danışıb. O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən bəhs edib, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb.

2015-ci ildən Azərbaycan parlamentində Gənclər və idman komitəsinin fəaliyyət göstərdiyini deyən Adil Əliyev parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərdən söz açan A.Əliyev ölkələrimizin bütün sahələrdə olduğu kimi idman sahəsində də yaxşı əlaqələr qurduğunu deyib. O, bu müsbət əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Göstərilən qonaqpərvərliyə və səmimi sözlərə görə təşəkkür edən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-ool Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də görülən işlərin, əldə olunan nailiyyətlərin dost ölkə kimi onları çox sevindirdiyini deyib və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı idman sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Ülvi Quliyev, Ramil Həsən, Sevinc Hüseynova, Könül Nurullayeva, Şahin İsmayilov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video