17 Iyun 2022 17:16
1241
Qəbullar
A- A+

Azərbaycanla Qətər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub  

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Qətərin tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib.

Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın məqsədlərinin təşviq olunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırılıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş nazir 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad olunun əzəli Azərbaycan torpaqlarında hərbi cinayətlərin, urbisid, kultursid və ekosidin törədildiyini bildirib. Vurğulanıb ki, həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib, dini abidələrimiz, məscidlərimiz dağıdılıb, yandırılıb və təhqir olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib, müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video