31 Avqust 2024 17:03
103
İDMAN
A- A+

Azərbaycanın Paralimpiya çempionu: Özümlə qürur duyuram

 

"Nəticəyə görə özümlə qürur duyuram”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov deyib.

K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fəxri kürsünün ən yüksək pilləsində yer aldığı üçün sevincli olduğunu bildirib: “Azərbaycanın Paralimpiya çempionu olan ilk parataekvondoçusu adına yiyələndim. Parisə dünya reytinqinin lideri kimi gəlmişdim. Demək olar ki, son yarışlarımın hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Nəhayət, Paralimpiya çempionluğu da qismət oldu”.

O, ən ağır döyüşünü yarımfinalda özbəkistanlı idmançıya qarşı keçirdiyini vurğulayıb: “Sonuncu dəfə onu dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım. Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi”.

İ.Xəlilov dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Döyüşlər arası fasilədə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə motivasiya verirdi, sizin inamınızı hiss edirdim. Bu yolda mənə əməyi keçən Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiyasına, Milli Paralimpiya Komitəsinə və klubum “Neftçi” İK-ya minnətdaram. Ən böyük təşəkkür cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanımıza göstərdiyiniz qayğı nəticəsində Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq".

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video