26 Yanvar 2022 01:08
654
SİYASƏT
A- A+

Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

 

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub.

Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

Baş Qərargah rəisi qonaqları salamlayaraq son illər ərzində Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra yeni yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə ətraflı məlumat verib.

Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyini, ikitərəfli hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.

Tərəflər həmçinin hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Sonda görüşün yekununa dair protokol imzalanıb, mətbuata birgə açıqlama verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video