30 Aprel 2023 10:00
557
Elm və texnika
A- A+
Azərbaycanın gənc alimlərinə dəstək

Azərbaycanın gənc alimlərinə dəstək

 

Yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusuna və insan kapitalına sahib olmaq hər bir dövlətin uğuru sayıla bilər. Bununla yanaşı, hər hansı bir xalqın etnik potensialı, güclü dövlətçilik ənənələri, siyasi qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətlərlə müəyyən edilir. 
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının ideoloqu, tarixin özünə çevrilən nəhəng şəxsiyyətdir. Ümummilli Liderin əsasını qoyduğu milli siyasi ənənə bu gün Azərbaycanın təkcə Qafqazda deyil, qlobal miqyasda artan nüfuzunda və milli iradəsində özünü əks etdirir. Sirr deyil ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını da məhz Heydər Əliyev qoymuşdur. 1995-ci ildən bu yana Azərbaycan gənclərinin forumunun keçirilməsi artıq ənənə halını almışdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada Beynəlxaq Gənclər Günü elan edilməmişdən öncə, Azərbaycanda 1996-cı ildə "2 Fevral - Gənclər Günü"nün təsis edilməsi haqqında mühüm strateji qərarın verilməsi onun gəncliyə bəslədiyi böyük ümidin göstəricisi  və  dəyərin qiyməti idi.
Bu gün əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin gənclər siyasətinin konsepsiyası öz sələfinin müasir təzahürüdür. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr, görülən işlər irsi davam etdirilən fundamental gənclər siyasətinin mühüm prioritetlərindəndir.
Prezident İlham Əliyev gənclərlə görüşlərində onlara xüsusi münasibətinin olduğunu, hər zaman arxalandığını vurğulayıb. Səslənən bu fikirlərin əməli təzahürü kimi müxtəlif sahələrdə fəaliyyət göstərən kreativ-intellektual gənclərin elmi-ictimai fəaliyyətinin inkişafına xidmət edən 2007-ci ildə "Gənclər ili"nin elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı", 2018-ci ildə "Elm Gününün" təsis olunması və digər həyata keçirilən mühüm tədbirlər bu fəal təbəqənin rifahına xidmət edən, müasir inkişafı hədəfləyən mühüm dövlət dəstəyinin göstəricisidir.
Azərbaycan Milli Elmlər Akademiyasında elm və gənclərlə bağlı həyata keçirilən işlərdə dövlət siyasəti rəhbər tutularaq elmdə mobilliyi, gənclərin təşkilatlanmasını təmin etmək məqsədilə 2013-cü ildə bir sıra dövlət təşkilatlarının subyektlərinin iştirakı ilə baş tutmuş geniş iclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsis edilməsi qərara alınmışdır. Bu, artıq onlarca təşkilatda minlərlə gənc alim və mütəxəssisin bir mərkəzdən koordinasiya olunması demək idi. 
Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elmi-ictimai fəaliyyətlə əlaqədar yerinə yetirilən multiprofilli layihələr istər əhatə dairəsi, istərsə də yaş qrupları baxımından olduqca genişdir. Bu da çox ciddi şəkildə təşkilatlanan, həmçinin Elmlər Akademiyasının formalaşan fundamental və müasir imicini yaşadan mobil gənclər birliyinin olması deməkdir. Şura tərəfindən tamamilə yeni mexanizmlər və fərqli formatlar əsasında gerçəkləşdirilən layihələrin əsas hədəflərindən biri ölkə üzrə elmin təbliği və populyarlaşdırılmasıdır. Ölkəmizdə elm, təhsil, media, sahibkarlıq və digər müvafiq təşkilatların subyektlərinin gənclərlə interaktiv qaydada müzakirəsinin təşkil edilməsi, dünyanın fərqli coğrafiyalarını təmsil edən gəncləri Bakıda, Gəncədə və digər regionlarımızda bir neçə dəfə bir araya gətirməklə onların qarşılıqlı elmi diskussiyaları üçün lazımi platformanın reallaşdırılması, regionlarda xüsusilə məktəbli qızların elmə təşviqi məqsədilə seminar və görüşlərin təşkili, gənclərin milli-mənəvi və idman ruhunda tərbiyələndirilməsi məqsədilə yeni ənənələrin formalaşdırılması şuranın fəaliyyətində hər zaman prioritet istiqamətlər kimi yer almaqdadır. 
Hazırda gənclər şurasının fəaliyyət dairəsində aktiv iştirakı ilə seçilən gənclərin innovativ ideyalar və birgə elmi-yaradıcı hədəflər uğrunda komandalaşması onların yeni elmi layihələrdə bir araya gəlməsinə zəmin yaradır. Bu da gənc alimlərin multi və interdissiplinar tədqiqatlarda birgə əməkdaşlıq göstərməsinə, müxtəlif fondlara birgə layihələrin təqdim edilməsinə, həmçinin müasir elmin tələbləri və elmimetriyanın ölçüləri kontekstində "Web of Science" və "Scopus" platformalarında indeksləşən jurnallarda çap etdirdikləri məqalələrin gündən-günə artmasına geniş imkan verir. Əlbəttə, belə bir fəaliyyət nə qədər böyük zəhmətin bəhrəsidirsə, bir o qədər də verilən dəstəyin nəticəsidir.
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli sərəncamı ilə elmi idarəetmədə artıq yeni reallıqlar yaranmağa başlayıb. Yeni dövrdə elmi təşkilatlanma və inkişafda baş verəcəklər dolayısı ilə gənclər siyasətinin də müddətli deyil, onun dövriliyinin, eləcə də davamlılığının təminatına və qarantına çevrilməkdədir.
Qəbul edilən proqram və strategiyanın əhatə qrupları, məqsədləri və bu yöndə dövlətimizin başçısı tərəfindən edilən çağırışlar elmi gəncliyin inkişafı üçün yeni hədəflər formalaşdırır. Düşünürəm ki, çağdaş dünyada baş verən qloballaşma, elmi-texniki tərəqqi ilə bərabər, inkişaf üçün diaspora fəaliyyətini genişləndirmək, ölkəmizin gənc alim və tədqiqatçılarının beynəlxalq elmi tədbirlərə mütəmadi qatılması, xaricdə təcrübəkeçmə imkanlarının artırılması, xarici həmkarları ilə işgüzar əlaqələrin çoxaldılması və möhkəmləndirilməsi istiqamətində işlər daha da artırılsa, çox yaxşı olardı. Ölkəmizdə gənc tədqiqatçıların multi və interdissiplinar elmi fəaliyyətlərini təşkilatlandırmaq məqsədilə tədqiqat mərkəzlərinin yaradılması, onların yenilikçi ideyalarına dəstək və maliyyələşdirilmə nəticəsində ərsəyə gələcək elmi işlər beynəlxalq elmə inteqrasiyanı sürətləndirməkdə əsas alətlərdən sayıla bilər.
Bununla yanaşı, türk dünyası ölkələrinin beynəlxalq aləmdə artan nüfuzu və qarşılıqlı əlaqələri fonunda onların gənc alimlərinin də elmi əlaqələrinin yaradılması, çoxaldılması türk dünyası elminin regionda və dünyada fundamental inkişafına təkan verə bilər.

Elmir BABAYEV,
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hemofiliyalı xəstələrə dair hesabat konfransı keçirilib   

21:17
21 Dekabr

Misli Premyer Liqası: "Zirə" səfərdə "Səbail"i məğlub edib

20:33
21 Dekabr

BMT Təhlükəsizlik Şurası Colan təpələrindəki qüvvələrin mandatını uzadıb  

20:19
21 Dekabr

Bişkekdə 3-cü Xalq Qurultayı keçirilir

19:32
21 Dekabr

Almaniyanın xarici işlər naziri Suriyadakı YPG-ni tərksilah olmağa çağırıb  

19:22
21 Dekabr

Bayden Tayvana 570 milyon dollardan çox hərbi yardım ayırıb

18:47
21 Dekabr

Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib  

18:17
21 Dekabr

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!