18 Yanvar 2022 22:39
322
SİYASƏT

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib

 

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekresin yerli mətbuatda sayıqlamalarına etiraz olaraq mətbuat açıqlaması yayıb.

AZƏRTAC xəbər verir ki, mətbuata açıqlamasında səfirlik Fransa prezidentliyinə namizəd Valeri Pekresin iddialarına cavab verərək, onu ən azından prezidenti olmaq istədiyi ölkənin milli qanunvericiliyinə riayət etməyə çağırıb.

Dekartın “həqiqətə çatmaq üçün həyatda bir dəfə insan ona deyilən bütün fikirlərdən qurtulmalı və bütün bilik sistemini yenidən qurmalıdır” aforizmi ilə başlayan açıqlamada Azərbaycana qarşı iddiaların qəbuledilməz olduğu vurğulanır. Qanunsuz səfərini ört-basdır etməyə çalışması üçün yanlış iddialardan əl çəkməli olduğu bildirilir. Fransa qanunvericiliyinin aidiyyəti müddəaları xatırladılaraq qeyd edilir ki, Fransa prezidenti seçkilərinə namizəd öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır.

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əsasını təşkil edən yuxarıda qeydolunan prinsiplərə xanım Pekresin göstərdiyi hörmətsizlik dözülməzdir və buna son qoyulmalıdır. Seçki korluğu Azərbaycanla beynəlxalq hüquq prinsipləri əsasında qurulmuş köhnə dostluq münasibətlərini təhlükə altına almaqla yanaşı, Qafqaz regionunun sabitliyinə və inkişafına da xələl gətirə bilər”, - deyə mətbuata açıqlamada qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video