08 Oktyabr 2025 08:50
1712
İDMAN
A- A+
Azərbaycanın çövkən millisi komandamıza daha bir qızıl medal qazandırdı

Azərbaycanın çövkən millisi komandamıza daha bir qızıl medal qazandırdı


Oktyabrın 7-də - III MDB Oyunlarının 12-ci günündə 4 idman növü üzrə yarışlar keçirilib. Şəki Şəhər Stadionunda çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri qarşılaşıblar. Final görüşündə Azərbaycan komandası   qalib gələrək (3:0) III MDB Oyunlarının qalibi olub. 

Üçüncü yer uğrunda görüşdə isə Qırğızıstan yığması Qazaxıstana qalib gələrək (2:0) turnirin bürünc medalına sahib çıxıb. Bununla da çövkən yarışlarına yekun vurulub.

Azərbaycanın çövkən yığmasının baş məşqçisi Namiq Orucov jurnalistlərə açıqlamasında deyib: "İlk dəfədir MDB Oyunlarına qatılmışdıq. Yarış yüksək səviyyədə keçirildi. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu nailiyyət Azərbaycan atçılığı üçün çox yüksək nəticədir. Çox şadıq ki, 50-yə yaxın ölkə Beynəlxalq Çövkən Federasiyasına üzv olub. Növbəti illərdə komandaların sayı arta bilər".

Çövkən millisinin üzvü Vahid Məmmədov finalda qazandıqları qələbəni Azərbaycan Ordusuna həsr etdilkərini bildirib: "Özbəkistanla görüş gərgin keçdi. Finala həm özümüzü, həm də atlarımızı yaxşı hazırlamışdıq. Ona görə də qələbə qazandıq. Qələbəmizi şanlı Azərbaycan Ordusuna həsr edirik".

Özbəkistan Çövkən Federasiyasının baş katibi Mahmud Maxomiç III MDB Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib və yığmanın nəticəsi barədə deyib: "III MDB Oyunlarını təşkil edən Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk. Atlar, həmçinin idmançılar üçün yüksək şərait yaradılmışdı. Qazaxıstan və Qırğızıstan komandaları da güclüdür. Finalda qarşılaşdığımız Azərbaycan yığması yaxşı oynadı və qələbə qazandı". Şəki Olimpiya İdman Kompleksində isə bədii gimnastika yarışları davam edib. Azərbaycanın iki bədii gimnastı III MDB Oyunlarında finala vəsiqə qazanıb. Milli komandamızın üzvü Şəms Ağahüseynova lentlərlə çıxışda adını finala yazdırıb. Fidan Qurbanlı isə gürzlərlə çıxışa görə finala adlayıb. Azərbaycanın bədii gimnastı III MDB Oyunlarında gümüş medal qazanıb - Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub. Bədii gimnastika üzrə komandamız isə (Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azadə Atakişiyeva) üçüncü yerə çıxaraq bürünc medala sahib olub. Bədii gimnastika yarışlarına bu gün yekun vurulacaq.

Gəncə İdman Sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşib. Şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi final görüşünü keçirib. Komandamız həlledici qarşılaşmada Rusiya seçməsi ilə üz-üzə gəlib və 35:45 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 

"Yarış maraqlı idi. Final görüşü bir az çətin oldu. Əlimizdən gələni etdik, amma qızıl medal qazana bilmədik". Bunu jurnalistlərə açıqlamasında şpaqa növü üzrə qılıncoynatma millimizin üzvü Emin Səfərbəyov deyib: "Bu yarışlar idmançılarımız üçün yaxşı təcrübə oldu. Üzərimizdə daha yaxşı işləməliyik. Komanda yoldaşlarımla birgə hədəfimiz növbəti yarışlarda böyük uğurlara nail olmaq, qızıl medala sahib çıxmaqdır".

Qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət komandamız finalda Rusiya yığmasına 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib. 

Gəncə İdman Kompleksində təşkil olunan yunan-Roma güləşi üzrə yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib. Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Naftalan-Şəki-Naftalan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!