10 Avqust 2022 18:09
218
CƏMİYYƏT

Azərbaycanın Baş prokuroru Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb

 

Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Ceyms Şarpa səmərəli fəaliyyətinə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Birləşmiş Krallığın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Səfir prokurorluq orqanlarında aparılan köklü islahatları insan haqlarının qorunması və qanunun aliliyinin təmin olunması prizmasından yüksək qiymətləndirib.

Sonra avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video