27 Yanvar 2022 00:15
738
SİYASƏT
A- A+

Azərbaycanda siyasi repressiyalar vətənpərvər ziyalılarımızın həyatına son qoydu

 

1936-cı ilin noyabr ayında trotskiçilikdə, müsavatçılıqda və casusluqda ittiham olunan onlarca görkəmli kommunist XDİK tərəfindən həbs olundu.

Hətta Bağırovun şəxsi katibi Nikişov da “Müsavat agenti”, “terrorist” kimi tutuldu. Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov, Azərnəşrin direktoru İbrahim Eminbəyli, tanınmış etnoloq, professorlar A.S.Bukşpan və Nikolayev, Mübariz Allahsızlar İttifaqının sədri ədib Vəli Xuluflu partiyadan qovularaq həbs olundular.

Bu dövrdə kəndlilər arasında “üsyançı” qruplar aşkara çıxdı.

Dekabrda repressiyalara artıq rayon rəhbərləri də məruz qaldılar. XDİK Naxçıvanda bütün partiya rəhbərliyini həbs etdi, Naxçıvanın partiya bölgə komitəsinin birinci katibi M.Mehdiyev isə məhkəmə qarşısına çıxarıldı və “düşmən və cinayətkar elementlərlə əlaqələr” ittihamı ilə edam edildi. Əli Bayramlı, Göyçay, Qazax, Qasım İsmayılov, Qonaqkənd, Lənkəran, Noraşen, Samux, Suraxanı və Şamxor rayonlarının katibləri də onun ardınca repressiyaya məruz qaldılar.

1937-ci ilin əvvəlində bir qrup partiya rəhbərləri və sovet işçiləri siyasi xarakterli cinayət məsuliyyətinə cəlb olundular. Həbs olunanlar arasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Sovet İttifaqı Kommunist Partiyası Zaqafqaziya Diyar Komitəsinin keçmiş katibi Ruhulla Axundov da var idi.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video