27 Yanvar 2022 00:23
818
İQTİSADİYYAT
A- A+

Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırılıb

 

Azərbaycanda şirkətlər tərəfindən fermerlərdən pambığın alış qiyməti hər tona görə 50 manat artırılıb. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O qeyd edib ki, fermerlərdən pambıq alan şirkətlər alış qiymətini 50 manat artırmaq qərarına gəliblər.

“Pambığın hər tonunun alış qiyməti 700 manat idi. Şirkətlər 2022-ci il mövsümü üçün qərara gəlib ki, qiyməti 50 manat artırsınlar. Hazırda şirkətlərin qərarı pambıq alışının 750 manat olması ilə bağlıdır, amma biz qərara gəlmişik ki, avqust ayında qiymətlərə bir də baxaq.

Ümid edirik ki, avqust ayında şirkətlər fermerləri bir daha sevindirəcək, ancaq bu məsələ birjalarda olan vəziyyətdən asılı olacaq”, - deyə nazir bildirib.

O qeyd edib ki, bu il hər ton pambığa görə 170 manat məhsul subsidiyası da ödəniləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video