22 Sentyabr 2022 18:43
331
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Rumıniyanın energetika nazirləri enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

 

Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Virgil Daniel Popesku arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Rumıniyanın uzun illərdir Azərbaycanla xam neft, neft və neft-kimya məhsulları üzrə əməkdaşlığından məmnunluq ifadə edilib. SOCAR-ın Rumıniyanın 26 regionunda 68 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti faydalı ikitərəfli enerji əlaqələrinin göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində təbii qazın tədarükü və “yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi kimi enerji əməkdaşlığımızın prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İşçi qrupunun fəaliyyəti və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin Gürcüstan enerjisistemini Rumıniya və Avropa enerjisisteminə birləşdirməklə Şərqi Avropa bazarının münasib qiymətə elektrik enerjisinə çıxışına töhfə verəcəyi bildirilib.

Həm Cənub Qaz Dəhlizi, həm də “yaşıl enerji” dəhlizi ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığına strateji əhəmiyyət qazandıracağı qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video