06 Iyul 2022 16:09
394
İQTİSADİYYAT
A- A+

Azərbaycan və İran birgə enerji layihələrinin icrasını müzakirə ediblər

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında geniş tərkibli görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında ortaq tarixi və dost münasibətlərin inkişafına dövlət başçıları tərəfindən xüsusi önəm verildiyi qeyd edilib. Bu yaxınlarda Azərbaycan və İran Prezidentlərinin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində keçirilmiş görüşünün gələcək əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.

Bir çox sahələrdə olduğu kimi ikitərəfli enerji əməkdaşlığı ilə bağlı da qarşıya mühüm vəzifələrin qoyulduğu və bu görüşün birgə həyata keçirilən enerji layihələrinin inkişafına töhfə verəcəyi bildirilib.

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin icrasından irəli gələn məsələlər və atılacaq növbəti addımlar müzakirə edilib. Hidroqovşaqlar və su elektrik stansiyaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb və inşa prosesinin tezliklə yekunlaşdırılmasının hər iki ölkə üçün əhəmiyyətli olacağı bildirilib.

Müzakirələr zamanı iki ölkənin energetika sahəsində əməkdaşlıq gündəliyində olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video