Azərbaycan və Finlandiya XİN-ləri arasında məsləhətləşmələr aparılıb
Yanvarın 25-də Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Finlandiya Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı bu il martın 24-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu müddət ərzində qazanılmış nailiyyətlər məmnunluqla xatırlanıb.
Görüşdə ikitərəfli münasibətlərin bütün istiqamətləri və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, eləcə də iqtisadiyyat, təhsil, humanitar və informasiya texnologiyaları sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi, bu xüsusda imzalanmış üçtərəfli bəyanatlar, bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntılar, həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Marya Livala Azərbaycana səfəri çərçivəsində keçirdiyi maraqlı və məhsuldar görüşlərdən məmnunluğunu bildirib. Finlandiyanın Azərbaycanla iqtisadi, humanitar, sosial, təhsil və digər sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməkdə, habelə Avropa İttifaqı çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Finlandiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Finlandiyanın 2025-ci ildə ATƏT-ə sədrliyi ilə bağlı prioritetləri, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan XİN: Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdlə...
28 May
Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat həqiqəti əks etdirmir ...
28 May
Praqada Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
28 May
AMEA və Türkiyə Elmlər Akademiyasının texnologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə edili...
28 May
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mər...
28 May
Prezident İlham Əliyev: Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir
28 May
Prezident İlham Əliyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir...
28 May
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamət...
28 May
Prezident İlham Əliyev: Müstəqillik Günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olması ...
28 May
Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!