10 Oktyabr 2025 15:18
5361
Elm və texnika
A- A+
Azərbaycan şərqşünaslığında Aidə İmanquliyeva fenomeni  

Azərbaycan şərqşünaslığında Aidə İmanquliyeva fenomeni  


XX əsrin ikinci yarısı Azərbaycan şərqşünaslığının yüksəliş dövrü kimi xarakterizə olunur. Bu dövrün ən görkəmli simalarından olan filologiya elmləri doktoru, professor Aida İmanquliyeva öz elmi fəaliyyəti ilə milli şərqşünaslıq məktəbinin inkişafında mühüm mərhələ yaratmışdır. 

Elmi tədqiqatları hələ sağlığında respublikanın hüdudlarından uzaqlarda rəğbətlə qarşılanan tanınmış Azərbaycan şərqşünası Aida xanımın monoqrafiyaları və məqalələri haqqında çoxlu sayda araşdırmalar aparılaraq, dəyərli sözlər deyilmişdir. Bu da təbiidir. Professor Aida İmanquliyeva ərəb ədəbiyyatının problemlərinin araşdırılıb öyrənilməsi, tərcüməsi və eyni zamanda XX əsrin ikinci yarısında Azərbaycan-ərəb ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş görkəmli şərqşünas alimdir. Onun zəngin elmi irsi təkcə ərəb ədəbiyyatının öyrənilməsi baxımından deyil, həm də Şərq və Qərb ədəbi-estetik fikrinin vəhdətinin tədqiqi istiqamətində yeni metodoloji yanaşmalar formalaşdırmışdır.

Aida İmanquliyevanın yaradıcılığı Azərbaycan elminə yeni bir baxış gətirərək ərəb ədəbiyyatının müasir dövrdə humanist, fəlsəfi və mənəvi dəyərlər kontekstində tədqiqinə geniş imkanlar açmışdır. Onun “Cübran Xəlil Cübran”, “Mixail Nüaymə”, “Yeni ərəb ədəbiyyatının ideya-estetik xüsusiyyətləri” kimi monoqrafiyaları yalnız Azərbaycan şərqşünaslığının deyil, bütövlükdə dünya ədəbiyyatşünaslıq elminin dəyərli nümunələrindəndir. Tədqiqatçının elmi irsi həm də bir fenomen kimi diqqətə layiqdir. Çünki Aida İmanquliyeva yalnız ərəb ədəbiyyatının tədqiqatçısı kimi yox, həmçinin Şərq-Qərb ədəbi münasibətlərinin körpüsünü quran ilk azərbaycanlı qadın alim kimi çıxış etmişdir. O, elmi-nəzəri fikri milli mədəniyyətin, mənəviyyatın və humanizmin dərin qatları ilə əlaqələndirərək Azərbaycan şərqşünaslığında yeni mərhələnin əsasını qoymuşdur. 

Biz  professor Aida xanımın anadan olmasının 86-cı ildönümü münasibətilə yaşadığı 53 illik qısa, lakin mənalı ömür yolunda elmi yaradıcılığından bəhs etməklə yanaşı, elmi fəaliyyətində tutduğu rəhbərlik mövqeyindən kiçicik də olsa, söhbət açmaq istərdik. Aida xanım təkcə yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalmışdır. Unutmamalıyıq ki, Aida İmanquliyeva bir tərəfdən Azərbaycan milli dəyərlərinə xas  qadın, qayğıkeş ana, dəyərli alim olmuş, digər tərəfdən əsl rəhbər kimi yaddaşlara həkk edilmişdir.

1950-1960-cı illər arasında ərəb Şərqində ciddi dirçəliş təzahür etmiş və keçmiş SSRİ ilə diplomatik əlaqələr genişlənərək iqtisadi əməkdaşlıq yaranmışdır. Bu da o zamanlar SSRİ-nin tərkibində olan 15 respublikanın iqtisadi və mədəni sahələrinə də ciddi təsir göstərmişdir. Xüsusilə Azərbaycanda Şərq ölkələrinə və Şərq dillərinə meyil yüksəlmiş və 1950-ci ilin sonunda Azərbaycanda Milli Akademiyanın Şərq mərkəzi - Şərqşünaslıq İnstitutu fəaliyyətə başlamışdır. Digər tərəfdən indiki Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsi açılmış və ilk şərqşünas kadrlar yetişdirilməyə başlanmışdır. 1962-ci ildə Azərbaycanda ilk şərqşünas kadrlar məzun olmuşlar. Və elə o zamandan da şərqşünaslıq elmi xalqımıza Aida xanım kimi alimlər bəxş etməyə başlamışdır.

Aida İmanquliyeva 1939-cu il oktyabr ayının 10-da Bakıda ziyalı ocağında anadan olmuşdur. Atası - milli jurnalistikamızın patriarxlarından sayılan Nəsir İmanquliyev uzun illər dövrünün nüfuzlu mətbuat orqanlarının rəhbərliyində çalışaraq ömrünü milli mətbuatın inkişafına həsr etmişdir. Filologiya elmləri doktoru, professor Nəsir İmanquliyev 1940-1950-ci illərdə "Yeni yol", "Gənc işçi", "Kommunist", "Bakı" kimi nüfuzlu mətbu orqanlarında jurnalist kimi özünəməxsus irs yaratmışdır. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsinin nümayəndəsi olmuşdur.

1947-1957-ci illər arasnda Bakı şəhəri Səbail rayonu 132 saylı orta məktəbdə təhsil alan, həmin məktəbi qızıl medalla bitirən Aida xanım 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Şərqşünaslıq  fakültəsinin Ərəb filologiyası bölməsinə daxil olmuş, 1962-ci ildə Ərəb filologiyası fakültəsinin ilk məzunlarından olmuşdur. İnstitutu bitirdiyi il ADU-nun Yaxın Şərq xalq ədəbiyyatı tarixi kafedrasının aspirantı olan Aida xanım sonrakı təhsilini SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında davam etdirmişdir. Aida xanımın namizədlik işi “Qələmlər birliyi və onun yaradılmasında Mixail Nüaymənin rolu”na həsr edilmişdir. A.İmanquliyevanın namizədlik işinin elmi rəhbəri görkəmli şərqşünas alim Rüstəm Əliyev olmuşdur. Aida xanım 1966-cı ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və alimlik dərəcəsinə layiq görülmüşdür.

Filologiya elmləri namizədi adına layiq görülən gənc alim 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi fəaliyətə başlamış və sonrakı elmi yaradıcılığını Ərəb filologiyası şöbəsində davam etdirmişdir.

1958-ci ildə yaranan AMEA Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən ən gənc şöbə Ərəb filologiyası şöbəsi olmuşdur. Bu şöbənin yaranma tarixi 1976-cı ilə təsadüf edir. Aida xanım yaşadığı qısa həyat yolunda daima öncüllərdən – Azərbaycanın ilk qadın şərqşünas alimi, ilk qadın şərqşünas doktoru, ilk qadın şərqşünas professoru, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk mütəxəssisi və Ərəb filologiyası şöbəsinin ilk rəhbəri olmuşdur. 

Professor Aida xanım İmanquliyeva Ərəb filologiyası şöbəsinə 1988-ci ilə qədər rəhbərlik etmiş və elə həmin ildə mərhum akademik Ziya Bünyadovun rəhbərlik etdiyi dövrdə AMEA Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Akademik Z.Bünyadov 1990-cı ilin iyun ayında AMEA-nın vitse-prezidenti seçildikdən bir qədər sonra Aida xanım 1991-ci ilin ilk aylarında həmin instituta rəhbərlik etməyə başlamışdır. Lakin amansız ölüm ona həvalə edilən vəzifənin öhdəsindən gəlməyə imkan verməmişdir. Aida xanım Şərqşünaslıq İnstitutuna rəhbərliyinin heç bir ili  tamam olmadan – 1992-ci il sentyabrın 19-da dünyasını  dəyişmişdir. 

Aida xanım qısa ömür yaşasa da, uzun elmi yaradıcılıq yolu keçmişdir. O, AMEA Şərqşünaslıq İnstitutunun rəhbəri, institutun ən gənc şöbəsi kimi adı çəkilən Ərəb filologiyası şöbəsinin ilk rəhbəri olmaqla yanaşı, həm də Ümumxalq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. Yazıçılıq qabiliyyətinə malik Aida xanım İmanquliyeva Yazıçılar Birliyinə də üzv seçilmişdir. Uzun illər pedaqoji fəaliyyətlə məşgul olan Aida xanım Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur. Aida xanım elmi yaradıcılığı boyu 3 monoqrafiya yazmışdır: “Cübran Xəlil Cübran”, “Qələmlər birliyi” və Mixail Nüaymə”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”.

Aida xanımın sağlığında böyük çətinliklər və gərgin zəhməti hesabına ərsəyə gətirdiyi əsərlərinə bu gün ölkə hüdudlarından kənarda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də əksər ərəb ölkələrində mütəmadi müraciət olunur. Alimin “Yeni ərəb ədəbiyyatı korifeyləri (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı əlaqəsi problemlərinə dair)” kitabı 2005-ci ildə gürcü, 2006-cı ildə Heydər  Əliyev Fondunun dəstəyi ilə  ərəb, 2007-ci ildə türk dilinə tərcümə olunmuşdur. Onun “Qələmlər birliyi” və Mixail Nüaymə" kitabı bir müddət əvvəl gürcü dilində çap edilmişdir. Kitab XIX əsrin sonu XX əsrin əvvəllərində Qərb ölkələrində yaşayıb yaradan ərəb yazıçılarının yaradıcılığına həsr olunmuşdur.

Azərbaycan şərqşünaslığında ilk qadın ərəbşünas alim kimi özünəməxsus fenomen səviyyəsinə yüksəlmiş Aida İmanquliyeva təkcə ərəb ədəbiyyatının dərin bilicisi, elmi araşdırmaları ilə seçilən şərqşünas alim deyil, həm də pedaqoq, ziyalı və milli-mənəvi dəyərlərimizin təbliğatçısı kimi tanınmışdır. Alimin elmi irsi bu gün də öz aktuallığını qoruyur və yeni nəsil tədqiqatçılar üçün örnək rolunu oynayır. 

Lalə  BAYRAMOVA,
AMEA Akademik Z.M.Bünyadov adına 
Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb  

12:52
14 Noyabr

Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib  

12:50
14 Noyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:36
14 Noyabr

Analitik qeyd edir ki, Bakıda keçirilən COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb  

12:35
14 Noyabr

On ayda orta illik inflyasiya 6 faizə yaxın olub  

12:34
14 Noyabr

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında təmsil olunub  

12:33
14 Noyabr

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!