Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Guardian” qəzetində Azərbaycanla bağlı dərc edilmiş məqaləyə cavab verib.
AZƏRTAC-ın məlumatına görə, diplomatımız cavab məktubunda bildirib ki, Olimpiya yarışlarında olduğu kimi, Azərbaycan COP29 tədbiri keçirildiyi müddətdə dünyada davam edən münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmaqla atəşkəsə dəvət edir: “Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq davam edib və iki ölkə arasında hazırda aparılan sülh danışıqlarının nəticəsi olaraq COP29-a ev sahibliyi etməsi üçün Azərbaycanın namizədliyinin Ermənistan tərəfindən dəstəklənməsi təqdir edilməlidir. Tərəflər son 30 ildə sülhə hələ bu qədər yaxın olmayıb və dünyada geosiyasi gərginliyin artdığı bir zamanda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ümidvericidir”, - deyə səfir qeyd edib.
Diplomat əlavə edib ki, eyni zamanda, Azərbaycanın Silahlı Qüvvələrinin mövcud olmasının sülhə təhlükə törətdiyini iddia etmək əsassızdır. Bu məntiqlə bütün dünya dövlətləri sülhməramlı fəaliyyətdən imtina etməli və BMT Təhlükəsizlik Şurası buraxılmalıdır. Odur ki, Azərbaycanın COP29 qlobal atəşkəs təşəbbüsü nə “ikiüzlülük”, nə də “süni PR” kimi qiymətləndirilə bilər: “Ermənistan tərəfindən onilliklər boyu qeyri-qanuni işğal altında saxlanılan torpaqlarda Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyi iddiası dəfələrlə təkzib olunub. Hətta Ermənistanın təşəbbüsü ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında da bu qənaətə gəlinib. Həmin torpaqların statusu isə heç vaxt “mübahisəli” olmayıb. BMT və dünyanın hər bir dövləti, o cümlədən Ermənistanın hazırkı rəhbərliyi həmin əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıyır”.
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib
Ermənistanda məyusluq hökm sürür
Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir
Ölkəmizdə dağ turizmi də inkişaf edir
Cəbrayıl - Qayıdışın yeni ünvanı
Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vüsalın şəhadət zirvəsi
Ziyanın nuru
Əbədi ehtiram ünvanı
Zəfərlə anırıq...
Gəncədə Anım Günü ilə bağlı 44 Eldar şamı əkilmişdir
Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı
İlham Əliyevin yaratdığı şanlı tarix
Milli həmrəyliyin qələbəsi
27 sentyabrdan başlayan Zəfər salnaməsi
VƏTƏNİN ŞƏHİD BALALARI
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub
Energetika naziri Belqradda bir sıra görüşlər keçirib
Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!