27 Noyabr 2021 10:29
463
SİYASƏT
A- A+

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü Yaponiya mətbuatının diqqətindədir

 

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın cənubunda yerləşən Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüşü Yaponiya mətbuatının da diqqətindədir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nüfuzlu Kyodo agentliyi, “chibanippo.co.jp” və “ajmedia.jp” saytları Azərbaycan Prezidentinin həm üçtərəfli müzakirələrdə iştirakı, həm üç ölkənin liderləri tərəfindən qəbul edilən bəyanat, həm də görüşdən sonra keçirilən mətbuat konfransı barədə ətraflı məlumat veriblər.

“Üç ölkənin liderləri sərhədlərin demarkasiyası barədə razılaşıblar” başlığı ilə ingilis və yapon dilində yayımlanan məqalələrdə Rusiyanın razılığın əldə olunmasında vasitəçiliyi barədə məlumat verilib. Qeyd edilib ki, razılaşmaya əsasən iki ölkə arasında sərhədlərin demarkasiyasına cari ilin sonlarında start veriləcək.

Liderlərin görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidentinin bu görüşü çox konstruktiv adlandıraraq, həm iqtisadi, həm də humanitar sahələrdə bir sıra mühüm məsələlər üzrə razılığın əldə olunduğunu bildirdiyi də qeyd edilib.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq, ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarını azad etdiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video