13 May 2022 00:09
995
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) fondun Aparatında əməkhaqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması ilə əlaqədar tenderə dəvət edir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Bakı şəhəri, Yasamal rayonu Həsən Bəy Zərdabi 80 ((012) 530 29 03, e.poçt: [email protected]) ünvanında yerləşən fondun aparatının inzibati binasından ala bilərlər.

 

Tender 1 LOT üzrə keçirilir.

İştirak haqqı:   300,00 (üç yüz) manat

VÖEN:           1300050781

Bank:              Dövlət Xəzinədarlığı Agentliyi

H/h:                 AZ46CTRE00000000000007018504

M/h:                AZ41NABZ01360100000000003944

VÖEN:           1401555071

Kod:               210005           

SWIFT:           CTREAZ22

           

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 29.2-ci  maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

 

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, bank lisenziyası (notarial təsdiq edilməsi mütləqdir) və rekvizitləri;

2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin notarial təsdiq edilməsi mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə);

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı;

7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd (malgöndərən (podratçı) tərəfindən hazırlanır);

8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd (notarial təsdiq edilmiş);

9. İri sahibkarlıq meyarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır, sənədin notarial təsdiq edilməsi mütləqdir); 10.05.2021-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin notarial təsdiq edilməsi mütləqdir); 05.01.2022 -ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;

11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.06.2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 10.06.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən fondun Aparatının inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 13.06.2022-ci il saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən fondun Aparatının inzibati binasında Tender komissiyasının iştirakı ilə  aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video