Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, №11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, №11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, №12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711) 51-1.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"51-1.1. Elektron qaydada məhkəmə icraatı, həmçinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə aparılır. Cinayət prosesini həyata keçirən digər orqanların informasiya sistemləri prosessual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Aprel
Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası...
23 Aprel
Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək
23 Aprel
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı ...
23 Aprel
Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib...
23 Aprel
Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə ...
23 Aprel
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
23 Aprel
Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub
23 Aprel
Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib
23 Aprel
Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!