26 Avqust 2022 18:49
1010
Birinci vitse-prezident
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri Mehriban Əliyevaya


Zati-aliləri,

Sizi ad gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfənizə görə Sizə təşəkkür etmək istərdim. Bizim sıx münasibətlərimiz ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq əlaqələrində də öz əksini tapır.

Siz Azərbaycanın inkişafı və güclənməsində xüsusilə vacib rol oynayırsınız. Sizin mədəniyyət və təhsil sahələrindəki səyləriniz və təşəbbüsləriniz bunun təcəssümüdür. Əminəm ki, bu nailiyyətlərin sayəsində gələcək nəsil özünün zəngin mədəniyyətini daha dərindən anlayacaq və qadın lider olaraq Siz gənc xanımlar üçün ilham mənbəyi olacaqsınız.

Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha dərin ehtiramımı bildirir, ölkənizin dinc və firavan gələcəyinin təmin edilməsi işində uğurlar diləyirəm.

Hörmətlə,

 

Salome Zurabişvili

Gürcüstanın Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video