Azərbaycan Respublikası Prezidentinin "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2017-ci il 19 aprel tarixli 1341 nömrəli, "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2017-ci il 16 iyun tarixli 1460 nömrəli, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında və "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555; 2019, № 12, maddə 1945; 2022, № 8, maddə 855) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" üzrə:
1.1.1. 3.4-cü bəndin üçüncü cümləsinə "əmtəə-nəqliyyat" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;
1.1.2. 3.6-cı bənddə "vasitəsinə" sözü "vasitəsi üçün" sözləri ilə, "verilir" sözü "tərtib edilir" sözləri ilə əvəz olunsun və həmin bəndə "avtonəqliyyatı üçün" sözlərindən sonra "elektron" sözü əlavə edilsin;
1.1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
"7. Yekun müddəalar
7.1. "Malların təhvil-qəbul aktı", "Malların alış aktı", "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası", "Malların qaytarılması aktı", "Alış sifarişi", "Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası", "Malların mətbəxdən anbara qaytarılmasi aktı", "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt", "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" və "Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
7.2. "Malların alınması üçün vəkalətnamə" ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
7.3. "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları", "Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası" və "Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.";
1.2. həmin Fərmanla təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" üzrə:
1.2.1. 1.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"1.3.1. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;";
1.2.2. 3.4-cü bəndin üçüncü cümləsinə "əmtəə-nəqliyyat" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;
1.2.3. 3.6-cı bənddə "vasitəsinə" sözü "vasitəsi üçün" sözləri ilə, "verilir" sözü "tərtib edilir" sözləri ilə əvəz olunsun və "avtonəqliyyatı üçün" sözlərindən sonra "elektron" sözü əlavə edilsin;
1.2.4. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
"7. Yekun müddəalar
7.1. "Malların təhvil-qəbul aktı", "Malların alış aktı", "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası", "Malların qaytarılması aktı", "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt" və "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
7.2. "Malların alınması üçün vəkalətnamə" ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
7.3. "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları", "Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası" və "Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.".
2. "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076; 2019, № 12, maddə 1945; 2022, № 8, maddə 855) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" üzrə:
2.1.1. 3.4-cü bəndin üçüncü cümləsinə "əmtəə-nəqliyyat" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;
2.1.2. 3.6-cı bənddə "vasitəsinə" sözü "vasitəsi üçün" sözləri ilə, "verilir" sözü "tərtib edilir" sözləri ilə əvəz olunsun və həmin bəndə "avtonəqliyyatı üçün" sözlərindən sonra "elektron" sözü əlavə edilsin;
2.1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
"7. Yekun müddəalar
7.1. "Malların təhvil-qəbul aktı", "Malların alış aktı", "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası", "Malların qaytarılması aktı", "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt" və "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
7.2. "Malların alınması üçün vəkalətnamə" ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
7.3. "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları", "Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası" və "Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.";
2.2. həmin Fərmanla təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" üzrə:
2.2.1. 3.4-cü bəndin üçüncü cümləsinə "əmtəə-nəqliyyat" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;
2.2.2. 4.5-ci bənddə "vasitəsinə" sözü "vasitəsi üçün" sözləri ilə, "verilir" sözü "tərtib edilir" sözləri ilə əvəz olunsun və həmin bəndə "avtonəqliyyatı üçün" sözlərindən sonra "elektron" sözü əlavə edilsin;
2.2.3. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:
"9. Yekun müddəalar
9.1. "İstehsal ehtiyatlarının təhvil-qəbul aktı", "İstehsal ehtiyatlarının alış aktı", "İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası", "Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası", "Alış sifarişi", "Hazır məhsulların təhvil-qəbul aktı", "İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi", "İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası", "Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası", "Zay məhsullara dair akt", "Zay məhsulların təhvil-qəbul aktı", "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt", "Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" və "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
9.2. "Malların alınması üçün vəkalətnamə" ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
9.3. "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları", "Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası" və "Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.".
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151; 2021, № 12, maddə 1398; 2022, № 9, maddə 1037) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi"nin 4.0.15-ci yarımbəndindən "səyyar" sözü çıxarılsın, həmin yarımbənddə "göstəriciləri" sözü "göstərici" sözü ilə əvəz olunsun və "təmin etmək" sözlərindən sonra "və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək" sözləri əlavə edilsin.
4. "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603; 2018, № 9, maddə 1840, № 12 (II kitab), maddə 2698; 2021, № 1, maddə 79; 2022, № 5, maddə 538) 3.3-cü və 4.1-ci bəndləri ləğv edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!