13 Yanvar 2023 01:42
543
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, "Məşğulluq Strategiyasının  həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 2020-ci il 13 fevral tarixli 1816 nömrəli və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413; 2019, № 5, maddə 899; 2020, № 8, maddə 1065; 2021, № 8, maddə 946; 2022, № 8, maddə 927) ilə təsdiq edilmiş "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın "6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 6.5.2-ci yarımbəndinin "Tədbirlər" sütununda "xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internat" sözləri "xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində və internat tipli xüsusi ümumtəhsil" sözləri ilə əvəz olunsun və həmin yarımbəndin "İcraçılar" sütununa "Təhsil" sözündən əvvəl "Elm və" sözləri əlavə edilsin. 
2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 132; 2022, № 5, maddə 530) ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın 3.1-ci bəndinin "İcra göstəriciləri" sütununda "xüsusi internat" sözləri "internat tipli xüsusi ümumtəhsil və inteqrasiya təlimli internat tipli ümumtəhsil" sözləri ilə əvəz edilsin. 
3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022?2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "7. Tədbirlər planı" hissəsinin 2.1.3-cü yarımbəndinin 2-ci abzasının "Tədbirlər və layihələr" sütununda "xüsusi internat" sözləri "internat tipli xüsusi ümumtəhsil və inteqrasiya təlimli internat tipli ümumtəhsil" sözləri ilə əvəz edilsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
  
Bakı şəhəri, 12 yanvar 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video