"Azərbaycan" qəzeti də bunu istəyirdi
Elə bizim istəyimiz də bu idi!
"NƏ FERMER VAR, NƏ DƏ MÜŞTƏRİ" adlı "Azərbaycan"ın 24 iyun 2022-ci il tarixli nömrəsində dərc edilən tənqidi materialda məqsədimiz paytaxt Bakıda dövlət başçısının tövsiyəsi ilə yaradılan həftəsonu kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının fəaliyyətini canlandırmaq, orada şəhər sakinləri üçün bütün çeşiddə, ucuz qiymətə məhsul satışını təmin etmək idi!
Çünki belə olan halda həm fermer razı qalır, həm də alıcı!
Tənqidi çıxışımızdan cəmi bircə gün sonra - iyunun 25-də, şənbə günü göstərilən ünvanlardakı yarmarkalarda iş canlandı.
Hətta bu barədə "Real TV" (ona Mirşahin televiziyası da deyirlər) geniş reportaj da verdi.
"Azərbaycan"ın əməkdaşları yarmarkalardakı dəyişikliklərin şahidi olublar.
Fotomüxbirimizin həmin gün çəkdiyi şəkilləri müqayisəli formada diqqətinizə təqdim edirik:
Baş verən dəyişiklik geniş miqyası əks etdirməsə də və əsaslı olmasa da, hər halda uzunmüddətli ətalətdən və formalçılıqdan sonra müəyyən irəliləyiş sayıla bilər.
Tənqidi çıxışımıza operativ reaksiya verdiyi üçün Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürümüzü bildiririk...
İnanırıq ki, bundan sonra bütün ünvanlardakı yarmarkalar nümunəvi fəaliyyət göstərəcək.
Çünki fermerin öz məhsulunu təzə-tər və ucuz qiymətə şəhərə gətirərək paytaxt sakinlərinə satması:
* Regionların İnkişafına dair Dövlət Proqramının;
* Dövlətimizin qeyri-neft sektorunun inkişaf etdirilməsi xəttinin;
* Aqrar sahənin inkişafına, habelə kənddə sahibkarlığın inkişafına dair dövlət siyasətinin reallaşmasına xidmət edir.
Bütövlükdə isə Azərbaycan Prezidentinin xalqın sosial rifahının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı yeritdiyi siyasətin, gördüyü işlərin və həyata keçirdiyi tədbirlərin işıqlandırılması, geniş ictimaiyyətə çatdırılması "Azərbaycan" qəzetinin ən mühüm fəaliyyət istiqamətlərindəndir.
Sonda bir jurnalist olaraq biz də razılığımızı bildiririk.
Məşhur mahnıda deyildiyi kimi:
Belə ola həmişə!
"AZƏRBAYCAN"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xərçəngin müalicəsində yeni metod tapılıb
25 Aprel
“Bayden yəhudilərə nifrət edir” - Trampdan açıqlama
25 Aprel
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!