26 Yanvar 2023 23:31
516
CƏMİYYƏT
A- A+

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illiyi qeyd edilib

 

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə cəmiyyətin üzvləri, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev, sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavini, deputat, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor Eldar İbrahimov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, deputatlar – akademik Ziyad Səmədzadə, Ağalar Vəliyev, Aparat rəhbəri Ramin Həsənli, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, deputatlar – akademik Nizami Cəfərov, Məlahət İbrahimqızı, akademik Kamal Abdulla və başqaları iştirak ediblər.

Cəmiyyətin gördüyü işlər barəsində məlumat verən Eldar İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış təşkilatın fəaliyyət dövrü ərzində əsas məqsədi Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi olub. Cəmiyyətin üzvləri arasında azərbaycanlı və özbək ictimai-siyasi və elm xadimlərinin, deputatların və digər ziyalıların yer aldığını qeyd edən natiqin sözlərinə görə, təşkilat yalnız mədəni tədbirlər keçirməklə kifayətlənməyərək, qardaş ölkələrin həyatında baş verən hadisələrə də öz münasibətini bildirib. Təşkilatın gələcək planlarından bəhs edən Eldar İbrahimov, həmçinin cəmiyyətin üzvlərini 20 illik yubiley münasibətilə təbrik edib. Vurğulayıb ki, bundan sonra da hər iki ölkənin xalqları arasındakı sarsılmaz dostluq əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı yolunda əlimizdən gələni əsirgəməyəcəyik.

Tədbirdə çıxış edən Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, akademiklər - Nizami Cəfərov, Kamal Abdulla və başqaları qeyd ediblər ki, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti ötən 20 il ərzində nüfuzlu ictimai bir qurum kimi iki qardaş ölkə arasındakı münasibətlərə öz layiqli töhfəsini verib. Diqqətə çatdırılıb ki, keçirilən tədbir hər iki xalqın həyatında mühüm hadisədir və Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli əlaqələrin inkişafına yeni impuls verir.

Tədbir çıxışlarla davam edib. Daha sonra Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri təsdiqlənib.

Qeyd edək ki, Milli Məclisin deputatı Eldar İbrahimov İdarə Heyətinin sədri, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla cəmiyyətin həmsədri olub. Zemfira Kadırova icraçı direktor, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Eldar Quliyev, Ziyad Səmədzadə, Nizami Cəfərov, Ziyafət Əsgərov, Musa Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Elman Nəsirov, Hikmət Məmmədov, Sabir Bəhramov, Elçin Kadırov, Kənan Cəlilov, Hasan Movlyanov, Şirin Məlikov, Xanlar Əhmədov, Rafiq Kaşanlı və Nuridə Novruzova İdarə Heyətinin üzvləri seçiliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video