06 Iyul 2022 01:54
530
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyətinin rəhbəri ATƏT PA-da komitə sədri seçilib

 

Xəbər verildiyi kimi, Böyük Britaniyanın Birminhem şəhərində ATƏT PA-nın illik sessiyası keçirilir. Bu gün başa çatacaq sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sessiyada İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclası çərçivəsində komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin üzvü David Stögmüller qeyd olunan vəzifəyə namizədliklərini irəli sürüblər.

Seçkidən öncə hər iki namizədə söz verilib. Çıxışında Azay Quliyev komitə sədri qismində ATƏT regionunda yaranmış iqtisadi çətinliklərə, ərzaq çatışmazlığı, ətraf mühitin qorunması, enerji böhranı, xüsusilə də nəqliyyat və logistika məsələlərinə  diqqət ayıracağını bildirib.

İclasda gizli səsvermənin nəticələrinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, 2016-cı ildən ATƏT PA-nın vitse-prezidenti olan Azay Quliyevin səlahiyyyət müddəti cari il iyulun 6-da bitir. ATƏT PA-nın qaydalarına əsasən, iki tam müddət üzrə (3+3 il) seçilən vitse-prezident növbəti dəfə namizədliyini irəli sürə bilməz.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video