09 Sentyabr 2022 00:19
654
Mədəniyyət
A- A+

"Azərbaycan musiqisinin inciləri" adlı kitab nəşr olunub

 

Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyəsi ilə "Azərbaycan musiqisinin inciləri" adlı kitab nəşr olunub.
Azərbaycan Respublikasının Himni və onun notları ilə başlayan, xalq və bəstəkar mahnılarından ibarət bu kitab Azərbaycan və ingilis dillərində tərtib edilib. 50 xalq və 32 bəstəkar mahnısının sözləri və notlarının qeyd olunduğu kitab xaricdə yaşayan, orada doğulub, boya-başa çatmış soydaşlarımızın milli vətənpərvərlik ruhunda yetişməsinə, mədəniyyətimizin təbliğinə, soydaşlarımızın professional səviyyədə musiqi biliklərinin artmasına töhfə verəcək. Kitabda həmçinin Azərbaycanın görkəmli bəstəkarları və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapıb. Sözügedən bu kitabın nəşr olunması dünya azərbaycanlıları və Azərbaycan musiqisinə maraq göstərən əcnəbilər tərəfindən milli musiqimizin öyrənilməsi və təbliğ edilməsi baxımından da aktualdır.
Kitab SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin "Ön söz"ü ilə nəşr olunub.
Xatırladaq ki, "Azərbaycan musiqisinin inciləri" kitabı xaricdə yaşayan soydaşlarımız, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan evləri ilə yanaşı, həmin ölkələrdə musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də qiymətli əyani vəsait olacaq.
Kitab mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması üçün həyata keçirilən davamlı fəaliyyətin bir parçasıdır.

Rəhman SALMANLI, 
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video