28 Yanvar 2022 21:44
736
İDMAN
A- A+

Azərbaycan komandası qarüstü polo üzrə dünya kuboku turnirinə qələbə ilə başlayıb

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, altı komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir. Yanvarın 27-də start götürən yarışda komandamızın ilk görüşündəki rəqibi “Perrier Jouet” kollektivi olub. Komandamızın kapitanı Elçin Camallının rəhbərliyi altında idmançılarımız qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyərək 7–2,5 hesabı ilə qələbə qazanıblar.

Qarüstü polo üzrə dünya kuboku çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizin tarixi və mədəniyyəti təbliğ olunub. Yarışın keçirildiyi ərazidə Azərbaycana həsr olunmuş guşədə xalqımızın milli mətbəxinin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş etdirilir.

Turnirdə Azərbaycanı təmsil edən “Land of Fire” komandası yanvarın 29-da yarımfinal oyununa çıxacaq. Komandamızın rəqibi gün ərzində keçirilən matçlara əsasən məlum olacaq. Turnirə yanvarın 30-da yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video