24 Sentyabr 2022 16:55
504
CƏMİYYƏT
A- A+

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib

 

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əvvəlki qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Azərbaycan jurnalistlərinin VII qurultayından bu günədək Şuraya ümumilikdə 1615 şikayət daxil olub. İlkin mərhələdə baxılan 1615 məsələdən 963-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. Şikayətlər üzrə komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb, digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib.

Daha sonra nəzarət-təftiş komissiyasının hesabatları dinlənilib, məruzələr ətrafında müzakirə aparılıb. APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, “Editor.az” informasiya portalının rəhbəri Fərid Şahbazlı, “Yeni Çağ” Media Qrupundan Aqil Fərəcov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Femida” qəzetinin baş redaktoru Etibar Poladlı, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Police.az”dan Şəmsəddin Əliyev çıxış ediblər. Çıxışlarda Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikirlər bildirilib, Şuranın gördüyü işlər qənaətbəxş hesab edilib.

Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli Şuranın Nizamnaməsində dəyişikliklərin edilməsi ilə bağlı təklifləri səsləndirib.

Qurultayda Azərbaycan Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nəticədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi” olaraq dəyişdirilib. Eyni zamanda, Nizamnaməyə “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” prinsipi əlavə olunub.

Həmçinin qurultayda Mətbuat Şurasının nəzarət-təftiş komissiyasının və İdarə Heyəti üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirilib. Nəticədə, Mətbuat Şurasının 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla 23 nəfərlik İdarə Heyəti formalaşıb.

Azərbaycan jurnalistlərinin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video