26 Yanvar 2022 01:07
941
SİYASƏT
A- A+

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

 

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl müdafiə naziri general-polkovnik Z.Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub.

Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi Aştiani xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını vurğulayıb. İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir. 

Öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan-İran əlaqələrinin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu deyib. General-polkovnik Z.Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə hərbi əməkdaşlığın inkişaf etməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti, eləcə də ikitərəfli razılaşma əsasında həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Azərbaycan və İran arasında hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda görüşün yekununa dair tərəflər arasında protokol imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video