06 Iyul 2022 22:16
306
İQTİSADİYYAT
A- A+

Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Görüşdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin potensialından daha səmərəli istifadə edilməsi üçün birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı Gürcüstandan Azərbaycana yük daşımaları zamanı yaranan problemlər və onların həlli məsələləri də diqqət mərkəzində olub.

Görüşdə Azərbaycanın beynəlxalq çərçivədə tərəfdaşlarla tam və qarşılıqlı faydalı əlaqələr qurmaq üçün ölkənin nəqliyyat kompleksinin mövcud potensialını maksimum artırmağa çalışdığı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video