13 May 2022 19:19
589
SİYASƏT
A- A+

Azərbaycan icması Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşüb

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyəti üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və sədr müavini Cəlal Adan ilə görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qonaqları məmnunluqla salamlayan Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan və bu gün də ən yüksək səviyyədə inkişaf edən münasibətləri yüksək qiymətləndirən TBMM sədri TADEF-in bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula görə spikerə minnətdarlığını bildirən TADEF rəhbəri Ədalət Turan Azərbaycan icması adından tarixin bütün dövrlərində, xüsusilə 44 günlük Vətən müharibəsindəki mənəvi və siyasi dəstəyinə görə Türkiyə dövlətinə və türk xalqına təşəkkürünü çatdırıb. TADEF-in fəaliyyəti və həyata keçirəcəyi işlərlə bağlı ətraflı məlumat verilib.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, TADEF-in sədr müavinləri, Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya, Əskişəhər Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video