18 Oktyabr 2025 08:25
420
SİYASƏT
A- A+
Azərbaycan-Fransa münasibətlərində yeni dövr başlayır

Azərbaycan-Fransa münasibətlərində yeni dövr başlayır


Vətən müharibəsindən sonra Azərbaycan əleyhinə mövqe nümayiş etdirən əsas ölkələrdən biri Fransa idi. Rəsmi Parisin ölkəmiz əleyhinə qarayaxma kampaniyaları, rəsmi şəxslərinin şər-böhtan xarakterli çıxışları iki ölkə arasında vəziyyəti gərginləşdirmişdi.

Son dönəmlərdə isə münasibətlərin inkişafında müsbət dinamika müşahidə olunur. Xüsusilə Avropa Siyasi Birliyinin Kopenhagen sammiti çərçivəsində Prezident İlham Əliyevin Emmanuel Makronla görüşündən sonra əlaqələrin yaxşılığa doğru getdiyi müşahidə olunur. Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən Kopenhagen görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və Fransa arasında etimad səviyyəsini yaradan şərtlərdən birincisi, Fransanın Cənubi Qafqazda ona strateji mənfəət gətirməyəcək oyun qaydalarından iştirak etməkdənsə, məhsuldar nəticələr naminə Azərbaycanla əməkdaşlığı yeniləməyi düşünməsidir: "Bu, Zəngəzur dəhlizinin mahiyyətində Fransanın gələcəkdə iqtisadi-ticari dividendlər qazanmağını hədəfləyən baxışdır. İkincisi, Fransa Azərbaycanla geosiyasi məsələlər və regional təhdidlərin qiymətləndirmələri üzrə məsləhətləşmələrə üstünlük verir. Üçüncüsü, Parisin strategiyasını Zəngəzur dəhlizi kontekstində təzələməsi Azərbaycanla ABŞ-nin münasibətlərindəki yeni mərhələ və Bakı ilə Böyük Britaniyanın əlaqələrindəki mühüm ştrixlərlə əlaqəlidir. Göründüyü kimi, Azərbaycanla Fransanın münasibətləri tərəflər arasında etimadı yüksəldir və onların konstruktiv əməkdaşlıq modelinə daxil olacağını səciyyələndirir". 

Ekspert qeyd edib ki, rəsmi Bakı Parisin regionda iştirakı üçün qapıları açır və Azərbaycan bunun müqabilində Fransadan əhəmiyyətli işlər gözləyəcək. Bu, Fransanın Ermənistanı silahlandırmaqdan əl çəkəcəyinə dair zəmanətin alınması ola bilər. Başqa tərəfdən isə Azərbaycan Fransanın Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə imkanlarını aradan qaldırmağı istəyəcək. Həm də Fransa həlledici bir dövlət kimi Avropa İttifaqının Ermənistandakı Monitorinq missiyasının çıxarılmasına çalışmalıdır. 

A.Kərimov qeyd edib ki, Azərbaycanla Fransa hazırkı konstruktiv münasibətlər sistemini açıq qalan məsələlərin nəticəsi ilə yüksək səviyyəyə qaldıra bilər: "Bu, Bakı-Paris xəttində əlaqələrin reqlamentinə təsir edəcək. Azərbaycan da Fransanın beynəlxalq güc siyasətindəki roluna əsaslanaraq strateji imkanlarını yüksəltmək üçün Parislə yeni danışıqlara başlaya bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

12:15
14 Noyabr

Jülyen de Frepon: Azərbaycanla Belçika arasında yaşıl enerji sahəsində yaxşı perspektivlər görürük  

12:14
14 Noyabr

SOCAR Gürcüstana indiyədək 2 milyard dollardan çox investisiya yatırıb  

12:14
14 Noyabr

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-a doğru səfərə çıxıb

12:13
14 Noyabr

Səfir: Belçika şirkətləri Azərbaycanda müxtəlif sektorlara böyük maraq göstərirlər

12:12
14 Noyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Beyləqanda vətəndaşlarla görüşüb

12:12
14 Noyabr

COP30-da qlobal səhiyyə problemlərinin həllinə dair plan qəbul edilib  

12:11
14 Noyabr

DİN: 47 cinayətin açılması təmin edilib

12:10
14 Noyabr

BDYPİ piyadaları yolu keçərkən ehtiyatlı olmağa çağırıb  

12:09
14 Noyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dollara çatıb  

12:08
14 Noyabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

12:07
14 Noyabr

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb  

11:53
14 Noyabr

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!