25 May 2022 12:47
510
SİYASƏT
A- A+

Azərbaycan dövlətçiliyi tarixin cığırdaşıdır!

 
Azadlıq mübarizəsi xalqın tarixini müstəqil yaşama, yaşatma istəyidir. Bu mübarizə ideologiyanı, ideologiya tarixə münasibəti müəyyənləşdirir. Milli-azadlıq mübarizəsi strateji mübarizədir. Tarixi şəx¬siy¬yətlər bu mübarizədə xalqı nəticə üçün – müstəqillik üçün səfərbər edə bilir və xalq ideologiyanı tarixə köçürə bilir.
Azərbaycanın dövlətçilik tarixi qədimdir. Bu tarix min illərin o üzü ilə səsləşir. Zamanında kim¬li¬yi¬ni çevik siyasəti ilə, döyüş əzmi ilə, torpaq, bu anlamda Vətən sevgisi ilə tanıdan xalq döv¬lət¬çi¬liyini ta¬rixin sınaqlarından qoruyurdu. Qoruya-qoruya yaşadırdı. Tarixin xəyanətinə – tarixi xəyanətə kimi belə oldu; Gülüstan müqaviləsi tarixin tarixi xəyanəti oldu. Arazın o üzü kimi bu üzü də ilhaq edildi, Azərbaycan müstəqilliyini itirdi. İmperiya elə bildi ki, Azərbaycanın müstəqilliyinə son qoymağı bacrdı. Bu müqavilə Azərbaycanın müstəqilliyinin sonu olmayacaqdı, xalqın azadlıq, müstəqillik mü¬barizəsi bu müqaviləni tarixdən arxivə keçirəcəkdi.
Gülüstan müqaviləsi ilə müstəqilliyini itirmiş Azər¬bay¬canda milli-azadlıq hərəkatı –  tarixi mübarizə, tarixlə müba¬ri¬zə XX əsrin əvvəllərində xeyli gücləndi. Milli azadlıq mübarizəsi xalqın yaşam fəlsəfəsinin  yol¬gös¬tə-rə¬ni oldu...
Azərbycan Xalq Cümhuriyyəti Milli Şurasının hazırladığı İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də Tiflisdə imzalandı. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi rəsmən elan edildi. Bu tarix Azərbaycanın müstəqillik tarixi oldu. Bu tarix Azərbaycanın ilhaqdan qurtuluş tarixi oldu...
1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci kabinəsini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təsdiq edildi.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk təsis iclası 1918-ci il dekabrın 7-də Bakıda Tağıyevin qız məktəbində oldu.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məmməd Əmin Rəsulzadə¬nin sədrliyi ilə keçirilən iclasında Parlamentin açılışında Azərbaycan Milli Şurasının səd¬ri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi. İclasda parlament haqqında gərəkli, dünyəvi mahiyyətli qanun qəbul olundu. Bu qanun, in¬di¬ki terminologiya ilə desək, tolerantlığa əsaslanan qanun idi. Belə ki. parlamentdə dövlətin dövlət sərhədləri daxilində yaşayan bütün millətlərin təmsil olunmaları təmin edilirdi.  
Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınmışdı...
Musavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev sədrin müavini seçildi. Əlimərdan bəy Topçubaşov Paris Sülh Konfransına getdiyi üçün Parlamentin fəaliyyətinə Həsənbəy Ağayev rəhbərlik etmişdi. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilmişdi və yeni hökumətin təşkil olunması qərara alınmışdı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırılmışdı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski Parlamentdə öz proqramı ilə çıxış etmiş, yeni hökumətin tərkibini təqdim etmişdi. Bu tərkib qəbul olunmuşdu...
Azərbaycan palamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətlərini (vəzifələrini) müəyyən etmək vəzifələrindən başqa, bu və ya digər orqanın hesabatlarını dinləmək, hesabatlara münasibət kimi müəyyən müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.
Azərbaycan Xalq Cümhuriyyəti Bakıya köçdükdən sonra Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edildi. Müstəqil dövlətin mühüm atributlarından olan dövlət dili məsələsinə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həssaslıqla yanaşdı. 1918-ci il 27 iyun tarixli qərarı ilə həmin vaxtlarda türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Bu qərar xalqın cümhuriyyətinin xalqın dilinin doğmalığını təmin edən qərar idi və Gülüstan müqaviləsi ilə Azərbaycanın ikiyə bölünməsindən sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bu qərar həm də hökumətin qəbul et¬diyi ilk qərarlardandır.
Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuşdu, ancaq digər millətlərin nümayən¬də¬lə¬rinin rus dilində çıxış etmələrinə icazə verilmişdi. Bütün rəsmi sənədlər dövlət dilində hazırlanırdı; Azərbaycan Xalq Cümhuriyyəti əsl xalq dövləti, xalqın hökuməti idi...
Dekabrın 26-da Fətəli xan Xoyskinin parlamentdə hökumət kabinəsinin proqramı və tərkibi haqqında çıxış etdi. Bu çıxış tarixi çııxış idi - yeni hökumət formalaşacaqdı, müəyyən mənada, əvvəlki hökumətlərdən mütərəqqi hökumət olacaqdı. Parlament çıxışı təqdir etdi – Fətəli xan Xoyski hökumə¬ti¬nin tərkibi  təsdiqləndi. Fətəli xan Xoyski həm baş nazir, həm də Xarici İşlər naziri vəzifəsini tuturdu.
Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya müharibəsinin başa çatması şəraitində, kəskin və gər¬gin siyasi çalxantılar, diplomatik mübarizələr şəraitində yaranmışdı. Yaranmışdı və dünyəvi dövlət kimi fəaliyyət göstərirdi. Obrazlı şəkildə desək, Azərbaycan Xalq Cümhuriyyəti Qafqazda siyasi mahiy¬yət¬li Günəş idi...
Azərbaycan ideyası – Azərbaycan Xalq Cümhuriyyəti dünyaya bəyan edilmişdi, 1920-ci ildə bu ideya Versal Ali Şurası tərəfindən beynəlxalq miqyasda təsdiqləndi. Bu, Azərbaycanın dövlətçilik uğuru idi, Azərbaycan dövlətçiliyinin tarixə siyasi inteqrasiyası idi. Belə bir şəraitdə Azərbaycanın müs¬tə¬qil¬li¬yi¬nin Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin payızından sonra Azər¬bay¬can diplo¬mati¬yasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibarilə kiçik olan heyətinin böyük qə¬ləbəsi idi. Lakin Birinci Dünya müharibəsindən sonra formalşan yeni geosiyasi proseslər Azər¬bay¬canın bu tarixi nailiyyətdən kifayət qədər faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhu¬riy¬yəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin, ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi. Bu, həmin dip¬lo¬matik çəkişmələrin yaratdığı ilhaq idi; rus imperiyası Azərbaycanı ilhaq etdi. ...
1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Rus imperiyasının Qırmızı ordu hissələri müstə¬qil Azərbaycan dövlətinin sərhədlərini keçdi. Bu, imperiyanın Azərbaycana qarşı elan etmədən başladığı müharibə idi. Bu, Bakıya hücum idi. Bakı dənizdən də mühasirəyə alınmışdı. Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında mühüm obyektləri ələ keçirmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin devrildiyi həmin şəraitdə işğalçıların iradəsi ilə, diqtəsi ilə kommunistlərin numayəndə heyəti Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum verdi.
Ultimatum barədə Məmmədhəsən Hacınski parlamentə məlumat verərək bildirmişdi ki, hakimiy¬yət bu gün axşam kommunistlərə təhvil verilməlidir, AK(b)P-nin Mərkəzi Komitəsi bildirir ki, belə olmaz¬sa, hakimiyyətin Qırmıızı Orduya təhvil verilməsi üçün əlindən gələni edəcəkdir. Kommunistlər həm də xəbərdarlıq edirlər ki, əgər bu gecə hakimiyyəti onlara təhvil verilməsə parlamentdə təmsil olunan siyasi partiyalar, o cümlədən Musavat Partiyası qadağan olunacaqdır. 
Çıxışının sonunda Məmmədhəsən Hacınski parlamentin üzvlərini düzgün qərar qəbul etməyə çağırmışdı. Bu çağırışda bir təslimçilik çalarları vardı. Bu çağırış 23 ay əvvəlin qürurunu dizə çökdürmək niyyəti idi. Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məmməd Əmin Rəsulzadə və Sultanməcid Qənizadə Məmmədhəsən Hacınskinin
 hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Həm də qan tökülməsinin qarşısını almaq üçün haki¬miy¬yətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, parlament səs çoxluğu ilə Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyətinin mühafizə edilməsi, Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumətin müvəqqəti orqan olması, Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azər¬baycanın ali qanunverici orqanı müəyyənləşdirməsi və s. əhatələyən şərtlərlə hakimiyyətin kommunist¬lərə verilməsi barədə qərar qəbul etdi...
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi hə¬min iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qalmışdı...
1920-ci il 28 aprel ilhaqı ilhaqı zamanında Doğudan Batıya hökmü keçən Azərbaycanda müstəqillik, azadlıq hərəkatını ilhaq edə bilmədi, ilhaq edə bilməzdi. Azərbaycanda müstəqillik, azadlıq hərəkatı rus imperiyasının bütün qadağalarına, siyasi represiyalar qorxusuna, Sibir, Lefertovo xofuna məhəl qoy¬ma¬dı, Xəlil Rza Ulutürkün təbirincə desək, azadlığı zərrə-zərrə, qram-qram istəmədi, özünün olmalı, özünün olası müstəqilliyi tarixdən almaq istədi: Mənim olacaqsan, mənim tarixim!..
Rusiya imperiyasının ilhaq zənciri Azərbaycanda qırıldı. Azərbaycanda müstəqillik haqqında Kon¬st¬itusiya Aktı qəbul olundu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Xalq Cüm¬hu¬riy-yətinin dövlət bayrağı, gerbi, himni müstəqil Azərbaycanın dövlət bayrağı, gerbi, himni oldu...
Bu gün Azərbaycan Respublikası dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Azərbaycan Res¬publikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə quru¬culuq işləri də uğurla başa çatacaq, dünya Azərbaycanın qüdrətinə, dünyəviliyinə, tolerantlığına bir daha əmin olacaqdır...


 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video