14 May 2022 00:58
163
Mədəniyyət

Azərbaycan "Avroviziya"da növbəti qələbəyə yaxındır

 

İtaliyanın Turin şəhərinin evsahibliyi etdiyi 66-cı “Avroviziya”  Mahnı Müsabiqəsi davam edir. Ölkənin ən böyük arenalarından olan "PalaOlimpico"da keçirilən yarışmaya bu il 40 ölkə qatılıb.

Müsabiqənin ilk finalçıları mayın 10-da müəyyən olunub. Həmin gün keçirilən ilk yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edib və onlardan ən çox səs toplayan 10-u finala vəsiqə qazanıb.

Mayın 12-də isə müsabiqənin ikinci yarımfinalı keçirilib. Bu mərhələdə Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış ediblər. Onlardan Azərbaycan da daxil olmaqla, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya finala yüksəlib.

Mahnı müsabiqəsində bu dəfə respublikamızı Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə təmsil edir. İkinci yarımfinalda səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran təmsilçimiz finalda mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, “Avroviziya”  Mahnı Müsabiqəsi olmaqla bərabər, həm də müxtəlif xalqların, ölkələrin milli-mənəvi dəyərlərinin nümayiş etdirildiyi beynəlxalq platformadır. Burada əsas şərt qalib olmaq deyil, vətənini, yurdunu layiqli təmsil etmək, musiqini dünyaya tanıtdırmaqdır.

Azərbaycan “Avroviziya”  Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü "Avroviziya" Mahnı Müsabiqəsində respublikamızı ilk dəfə Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etmişdilər. İlk qalibiyyətimiz isə 2011-ci ilə oldu. Həmin il Almaniyanın Düsseldorf şəhərinin evsahibliyi etdiyi müsabiqədə təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal  qalib olmaqla yanaşı, həm də növbəti yarışmanı keçirmək hüququnu Azərbaycana qazandırdılar.

2012-ci ildə Bakıda keçirilən müsabiqəyə paytaxtımız layiqincə evsahibliyi etdi. O zaman qısa müddətdə həyata keçirilən möhtəşəm tədbirlərlə bütün dünya Azərbaycanın timsalında evsahibliyinin ən mükəmməl nümunəsini gördü. "Avroviziya-2012" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi həm də Azərbaycanın turizm potensialının beynəlxalq miqyasda daha yaxından tanıtımı baxımından böyük hadisəyə çevrildi.

66-cı “Avroviziya”  Mahnı Müsabiqəsinin final mərhələsi bu gün keçiriləcək. Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər. Beləliklə, Azərbaycan növbəti “Avroviziya”  qələbəsinə çox yaxındır.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video