15 Yanvar 2023 01:59
377
Qanunlar
A- A+

"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikası yubiley medalının təsviri

 

Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir


Maddə 1. Medalın ümumi təsviri
"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində ətrafı 1,3 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış, dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.
2.2. Xarici və daxili konturların arasında göy minalı fonda yuxarı hissədə qövs boyunca "AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ" sözləri, aşağı hissədə mərkəzdən  "100" rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. 
2.3. Daxili çevrənin içərisində kitab, qılınc, tərəzi atributları təsvir edilmişdir. 
2.4. Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin səthi hamardır, 1,3 mm enində zolaqlarla konturlanmışdır və mərkəzində üç sətrə bölünməklə "AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ" sözləri, sözlərdən aşağıda bir sətirdə "1923-2023" rəqəmləri yazılmışdır. Bütün yazılar qızılı rəngdədir. 
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan,  37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. 
4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir. 
4.3. Xara lentin mərkəzində 12 mm enində göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində mavi rəngli, 3 mm enində göy rəngli, 3,5 mm enində ağ rəngli, 3 mm enində göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. 
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video