05 Dekabr 2019 16:41
3164
Turizm
A- A+

Azərbaycan 2019-cu ildə Rusiyanın ən çox turist qəbul etdiyi beş ölkədən biridir


"TurStat” turizm portalı 2019-cu il yanvarın 1-dən sentyabrın 30-dək turist qəbuletmə statistikasını təhlil edərək, bu il Rusiyanın ən çox turist qəbul etdiyi ölkələrin reytinqini təqdim edib.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin 9 ayının yekunlarına əsasən, bu il Rusiyaya turist səfərlərinin sayına görə ilk on ölkə sırasına Ukrayna (5 milyon 944 min səfər), Qazaxıstan ( 2 milyon 716 min), Çin (1 milyon 594 min), Azərbaycan (684 min), Finlandiya (681 min), Almaniya (592 min), Polşa (497 min), Abxaziya (435 min), Ermənistan (420 min) və Estoniya (383 min) daxil olublar.

Azərbaycandan Rusiyaya səfərlərin sayı ötən illə müqayisədə 2019-cu ilin 9 ayı ərzində 19 min artaraq 684 minə çatıb.

Bu ilin doqquz ayı ərzində Rusiyaya turist səfərlərinin ümumi sayı 19 milyon 64 min təşkil edib. Bu göstərici ötən illə müqayisədə, demək olar, dəyişməyib, yaxud ötən ilin ilk doqquz ayında xaricilərin Rusiyaya 19 milyon 245 min səfərindən 0,9 faiz az olub.

Rusiyaya turizm səfərlərini Cənub-Şərqi Asiya və Avropa İttifaqı ölkələrindən turistlər təmin ediblər.

"TurStat”ın məlumatına görə, Rusiyaya turizm səfərlərinin liderləri Çin, Cənubi Koreya və Almaniya olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video