20 Sentyabr 2022 00:33
880
ELANLAR
A- A+

AZAL aviaşirkəti Səmərqənd şəhərinə reyslər açır, Daşkənd şəhərinə uçuşların tezliyini artırır

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yeni səviyyəsi və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən ŞƏT sammitındə iştirakı çərçivəsində yenidən nümayiş etdirilmişdir.
Azərbaycan-Özbəkistan siyasi və iqtisadi əlaqələrinin fəallaşması fonunda iki ölkə arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsi davam etdirilir.
Belə ki, oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır. Dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.
Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, bu reyslər tezliklə cümə axşamı və bazar günləri də həyata keçiriləcəkdir.
Yaxın zamanlarda aviaşirkətin www.azal.az rəsmi saytında aviabiletlərin satışının açılması gözlənilir. AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu reyslərdə daşınmaya qəbul ediləcəklər.
Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının qeyd olunan saytının "Giriş qaydaları" bölməsindən əldə etmək olar.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video