Avropanın İlham Əliyevdən xahişi
Qitə ölkələri qarşıdakı soyuq qışla mübarizədə Azərbaycana güvənirlər
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hər iki tərəfin maraqları çərçivəsində daha da möhkəmlənərək müxtəlif sahələri əhatə etməkdədir. Prezident İlham Əliyevin Aİ-nın rəsmiləri ilə son aylarda keçirdiyi bütün görüşlərdə də əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.
Yüksələn xətt üzrə davam edən əməkdaşlıq
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin prioritet istiqamətini enerji sahəsində əməkdaşlıq təşkil edir. İndiyədək bu istiqamətdə mühüm sənədlər imzalanıb, layihələr həyata keçirilib və bu gün Azərbaycanın təbii qazı "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına ixrac olunur.
Bu ilin iyul ayında Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da göstərdi ki, əlaqələr yüksələn xətlə inkişaf edir. Bu anlaşma memorandumu enerji təhlükəsizliyi sahəsində Azərbaycan - Aİ əməkdaşlığının ən yüksək səviyyəyə çatmasının təcəssümüdür. Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bu baxımdan əvvəlki bütün layihələrin reallaşdırıldığını nəzərə alsaq deyə bilərik ki, enerji sahəsindəki əməkdaşlıqla bağlı yaxın gələcəkdə yeni uğurlara nail olunacaq.
Oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirmişdir ki, növbəti illərdə Avropaya qaz ixracatının ən azı iki dəfə artırılması planlaşdırılıb: "Biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu ən azı 18 milyard kubmetr olacaq, bəlkə də, çox".
Ötən ay Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı isə bir daha təsdiq etdi ki, Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı davamlıdır. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyə biləcək.
İlham Əliyevin sözü yetərlidir
Enerji təhlükəsizliyi hər zaman aktual olub. Avropa İttifaqı və eləcə də bu təşkilata üzv dövlətlər arasında enerji sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı aparılan dialoq, təməli qoyulan layihələr isə hazırkı ziddiyyətli beynəlxalq münasbətlər şəraitində enerji təhlükəsizliyinin daha da aktuallaşmasından xəbər verir. Belə bir vəziyyətdə isə Avropa İttifaqı və onun üzvləri Azərbaycanın timsalında ən etibarlı tərəfdaşla əməkdaşlığa böyük önəm verirlər. Başqa cür desək, enerjiyə tarixdə görünməmiş dərəcədə ehtiyac duyan Avropa bu məsələdə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bilir və görür. Bu da təsadüfi deyil. Çünki indiyədək Azərbaycanla enerji sahəsində əməkdaşlıq edən bütün tərəflər Azərbaycanın etibarlı tərəfdaşlığının şahidi olublar. Azərbaycanla əməkdaşlıq edən bütün təşkilatların və dövlətlərin rəhbərləri İlham Əliyevin vədinə sadiq prezident olduğunu yaxşı bilirlər. Azərbaycan əsl tərəfdaş kimi enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə həm yeni təşəbbüslər ortaya qoyur, həm də onların həyata keçirilməsini təmin edir. Bu mənada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri ilə bağlı daha da güclənən əməkdaşlıq məhz bu kimi mənəvi və sağlam təməllərə əsaslanır.
Ona görə də Prezident İlham Əliyev beynəlxalq miqyasda siyasi lider olaraq ehtiramla qarşılanır. Dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etməsi Azərbaycan Prezidentinə yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü oldu. Eyni zamanda bu dəvət Azərbaycanın beynəlxalq birlikdəki yerinin nə qədər möhkəm, qlobal məsələlərdə oynadığı önəmli rolunun nə qədər mühüm olduğunu göstərdi. Bu baxımdan Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlığının köklü əsaslarının olması, real zəminlərə söykənməsi Prezident İlham Əliyevin Praqa səfərinin fonunda bir daha təsdiqini tapdı.
Qeyd edək ki, ötən ay Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Prezident İlham Əliyevin enerji ilə bağlı məsələlərdə mövqeyi avropalı liderlər tərəfindən yüksək qiymətləndirildi. "Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb", - deyən Serbiya Prezidenti Aleksandar Vuçiçin bu sözləri həm də İlham Əliyev şəxsiyyətinə verilən böyük qiymətdir.
Bir neçə gün əvvəl də Azərbaycan Prezidentinin Serbiyaya səfəri zamanı Aleksandar Vuçiç "Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər", - deyə bildirmişdi. Bəli Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdardırlar. Həm də tərəfdaşlar üçün elə Aleksandar Vuçiçin dediyi kimi, İlham Əliyevin sözü yetərlidir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!