30 Noyabr 2021 00:38
916
DÜNYA
A- A+

Avropa miqrant problemi qarşısında aciz qalıb

 

Bu gün NATO ölkələrinin XİN başçıları böhranla bağlı müzakirələr aparacaqlar

 

Avstriyada polis növbəti qaçaqmalçılar şəbəkəsini ifşa edib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, qanunsuz olaraq ölkəyə 700-dən çox miqrant gətirilib.

Onların əksəriyyəti Almaniyaya yolunu davam etdirib. Aşağı Avstriya bölgəsi Polis İdarəsinin nümayəndəsi Yohan Baumşlagerin dediyinə əsasən, bir neçə gün ərzində qaçqınların  Suriya, Livan və Misirdən daşınmasını həyata keçirən 15 nəfər qaçaqmalçı saxlanılıb.

İstintaqın məlumatına görə, təxminən 300 nəfərə qədər şəxsi daşıyan 25 avtomobildən ibarət karvan Serbiya-Macarıstan sərhədindən yola düşdükdən sonra qaçaqmalçılıq əməliyyatının qarşısı alınıb. Onun marşrutu Slovakiya və Çexiyanın ərazisi ilə Aşağı Avstriyaya qədər olub. Orada polislər 14 nəqliyyat vasitəsini dayandırıblar.

Qeyd olunur ki, sürücülər Moldova, Ukrayna və Özbəkistanda işə götürülüb və onlara 3000 avro məbləğində aylıq əmək haqqı təklif ediblər.

Yüzlərlə miqrantın təxminən üçdə-biri Avstriyada sığınacaq istəyib. Saxlanılan 15 nəfər Almaniyaya yollanmağı özlərinin planlaşdırdıqlarını söyləyiblər. Qeyri-leqal miqrantların daha üçdəikisi güman ki, bu ölkəyə yola düşüb.

“DPA” Agentliyi xəbər verir ki, ilin əvvəlindən Avstriyada insan qaçaqmalçılığında şübhəli bilinən 330-dan çox adam saxlanılıb.

 

Belarus qaçqınlar üçün hər cür yardım göstərməyə hazır olduğunu vəd edib

 

Belarus bəlaya düşmüş qaçqınlar üçün hər şey etməyə hazırdır. Bu barədə  Prezident Aleksandr Lukaşenko Belarus-Polşa sərhədindəki “Bruzgi” keçid məntəqəsi yaxınlığında  qaçqınlarla ünsiyyət zamanı bildirib: “Qərb təbliğatına inanaraq sizlərdən kimsə orada daha yaxşı həyat axtarır. Yəqin ki, orada həyat sizin gəldiyiniz torpaqdan daha yaxşıdır. Amma ən dəhşətlisi də odur ki, başa düşdüyüm kimi (görürəm ki, burada həddindən çox uşaq, təxminən, 300-400, o qədər də qadın var) siz, böyük adamlar övladlarınız üçün öz vətəninizdə perspektiv görmürsünüz. Sizin hər biriniz istərdiniz ki, övladlarınız layiqli təhsil alsınlar və layiqli iş görsünlər”.

Aleksandr Lukaşenko Almaniyanın sabiq kansleri Angela Merkellə söhbətini xatırladaraq deyib ki, o, Avropa İttifaqı ilə birlikdə sərhədin yaxınlığında, Belarus ərazisində düşərgədə yaşayan insanların problemini həll etməyə çalışacaq. “Biz avropalılara söz verdik ki, arzu edənlərin öz vətənlərinə qayıtması üçün səylərimizi əsirgəməyəcəyik”.

 

Vəziyyət noyabrın əvvəlindən gərginləşib

 

NATO ölkələrinin XİN başçıları Polşa,

Litva və Latviyanın Belarusla sərhədində yaranan miqrasiya böhranını müzakirə edəcəklər. Bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib. Alyans üzvü olan ölkələrin XİN başçılarının görüşü noyabrın 30-da və dekabrın 1-də Riqada keçiriləcək.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının rəhbəri Şarl Mişellə telefon danışığında Belarus və Avropa İttifaqı ölkələrinin sərhədində miqrasiya böhranını müzakirə edib. Tərəflər Polşa təhlükəsizlik qüvvələri tərəfindən təzyiqli suyun,  gözyaşardıcı qazın, işıq-səs qumbaralarının və digər xüsusi vasitələrin tətbiqi faktlarına da diqqət yetiriblər.

Miqrantlarla bağlı vəziyyət noyabrın əvvəlindən gərginləşib. Belarusda olan 5 minədək qaçqın meşə zolağında sərhədə gəlib. Miqrantlar iki ölkənin sərhədində tikanlı məftilləri kəsərək onları Avropa İttifaqının ərazisinə buraxmağı xahiş ediblər. Polşa bunun qarşısını sərt şəkildə alır və eyni zamanda miqrasiya böhranında Minski günahlandırır.

Qaçqınlar sərhəddəki çadır düşərgəsindən Belarus tərəfinin təqdim etdiyi logistika mərkəzinə köçüblər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video