Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
Avropa İttifaqı-Azərbaycan biznes forumu çərçivəsində Aİ tərəfindən hazırlanmış “Azərbaycanda biznes mühiti-2021” hesabatı da təqdim edilib. Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ilk beşlikdə yer alıb (6,04 bal).
Agentlikdən AZƏRTAC-a bildirilib ki, hesabatda xarici investorlar KOBİA tərəfindən KOB-ların dəstəklənməsi məqsədilə tətbiq olunan dəstək və xidmətləri səmərəli və faydalı hesab edib. Həmçinin hesabatda KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB evləri, KOB inkişaf mərkəzləri, KOB dostu şəbəkəsi və digər xidmətlərin səmərəli fəaliyyəti qeyd olunur.
Forum çərçivəsində təşkil olunmuş “Maliyyə və digər resurslara çıxış” mövzusunda panel iclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, KOB-ların maliyyələşdirilməsini asanlaşdırmaq üçün qlobal, regional və milli səviyyədə səylər göstərilir. Bu sahədə KOB-ların maliyyə savadlılığının artırılması, mövcud fondlara çıxışın asanlaşdırılması, öz maliyyə alətləri çərçivəsində, eyni zamanda, Agentliyin 20-dən çox KOB inkişaf mərkəzi vasitəsilə maliyyə məsələləri üzrə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir. KOBİA tərəfindən KOB-lara qrant verilir, daxili bazar araşdırmasına çəkilən xərcin bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir, KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətində azad edən “Startap” şəhadətnaməsi verilir. Agentliyin nəzdində fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi də KOB-ların müxtəlif layihələrə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Eyni zamanda, hazırda KOB İnkişafı Fondunun yaradılması üzrə işlərin aparıldığını qeyd edən Orxan Məmmədov sözügedən Fond tərəfindən KOB-lara qrantlar və texniki yardımın təklif ediləcəyini vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb...
05 Iyul
Prezident İbrahim Rəisi: İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi reg...
05 Iyul
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil...
05 Iyul
Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası k...
05 Iyul
Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb
05 Iyul
Azərbaycan neftinin qiyməti 129 dollara yaxınlaşır
05 Iyul
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
05 Iyul
Azərbaycanın baş tikinti meydanı
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!