17 May 2022 13:01
725
DÜNYA
A- A+

Avropa İttifaqı Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyir  

 

Avropa İttifaqı (Aİ) namizəd ölkələrdən olan Serbiyanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmasını və öz xarici siyasətini Aİ ilə uyğunlaşdırmasını istəyib.

AZƏRTAC xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, görüşdə Rusiya-Ukrayna gərginliyi ilə yanaşı, Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük prosesi müzakirə edilib. İclasın bir hissəsində Serbiya, Albaniya, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqronun xarici işlər nazirlərinin iştirak etdiyini xatırladan C.Borel Aİ üzvlüyünə namizəd ölkələrin xarici siyasətdə Avropa İttifaqının prinsiplərinə uyğun hərəkət etməli olduğunu vurğulayıb.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Serbiyanın Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmasını tələb edib.

Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlərin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Serbiya bu sanksiyalara qoşulmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video