24 Noyabr 2022 15:08
604
DÜNYA
A- A+

Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiya paketi üzərində işləyir  

 

Avropa İttifaqı Ukrayna münaqişəsi səbəbindən Rusiyaya qarşı doqquzuncu sanksiya paketi üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Finlandiyada keçirilən mətbuat konfransında deyib. Mətbuat konfransı Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.

“Bu gün doqquzuncu sanksiyalar paketi üzərində işlədiyimizi elan edə bilərəm”, - deyə Ursula fon der Lyayen bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətməyə çalışır və bu, Ukrayna qalib gələnədək davam edəcək.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Avropa İttifaqı Moskvaya qarşı səkkiz sanksiya paketi tətbiq edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video