12 Avqust 2022 01:26
540
DÜNYA
A- A+

Avropa İttifaqı ölkələri "fövqəladə plan"ı təsdiqlədilər

 

Məqsəd Rusiyadan azalan qaz tədarükünün tam dayandırılması zamanı yarana biləcək riskləri azaltmaqdır

 

Avropa İttifaqı qaza qənaətlə bağlı fövqəladə planı təsdiqləsə də, təşkilata üzv dövlətlər Rusiya Federasiyasından tədarükün dayandırılması halında özlərini qorumaq üçün milli səviyyədə tədbirlər görürlər. 
Fövqəladə plan bütün Aİ-yə üzv dövlətlərin bu il avqustun əvvəlindən gələn ilin martına qədər qazdan istifadəni 15 faiz azaltmağı nəzərdə tutur. Planın məqsədi Rusiyadan son vaxtlar kəskin şəkildə azalan qaz tədarükünün tam dayandırılması zamanı yarana biləcək risklərə hazır olmaqdır. 

 

Yunanıstan alman təqaüdçüləri dəvət edir

 

Aİ-də hər kəsdən daha çox Rusiya qazının tədarükündən asılı olan Almaniya üçün enerji qənaətinə dair ən yaxşı məsləhət Afinadan gəlib. Yunanıstanın turizm naziri Vasilis Kikilias yeni kommunal ödənişlərdən narahat olan alman təqaüdçülərin bir çoxuna qış mövsümündə Krit adasına getməyi təklif edib.
Həmçinin başqa təklif də səsləndirilib: "Niyə də onlar birdəfəlik Yunanıstanda məskunlaşmasınlar? Günəş, dəniz, çimərliklər və yunan mətbəxi - bütün bunlar Almaniyanın rütubətli və sönük qışında isitmə və isti su üçün külli miqdarda pul xərcləmək əvəzinə..."
Kikilias tərəfindən səsləndirilən təklifin arxa planı kifayət qədər ciddidir. Afina qaz istehlakını könüllü olaraq 15 faiz azaltmaq üçün Aİ-nin fövqəladə planını həyata keçirməyə Berlindən qat-qat yaxşı hazırdır. Evbeya istisna olmaqla, yunan adalarında mərkəzləşdirilmiş qaz təchizatı yoxdur, evlər dizel yanacağı və ya elektrik enerjisi ilə qızdırılır. Daha soyuq olarsa, bir çox mənzillərdə sobalar var.

 

İspaniya Aİ-nin qaza qənaət planına qarşı çıxır

 

İspaniya Portuqaliya və Yunanıstan kimi əvvəlcə Avropa Komissiyasının qaza qənaət planına qarşı çıxıb. İspaniyanın energetika naziri Tereza Ribera qitənin cənubundan Aİ dövlətlərinin buna münasibətinə təkəbbürlə cavab verib: "Bir çox başqa ölkələrdən fərqli olaraq ispanlar enerji təchizatı məsələsində öz imkanlarından kənara çıxmırlar".
Əslində, Madridin Almaniyanın ünvanına belə bir atmacalı eyham söyləməyə haqqı çatır. Çünki son illərdə İspaniya hökuməti ABŞ və dünyanın digər regionlarından mayeləşdirilmiş təbii qaz (MTG) daşıyan iri tankerləri qəbul etmək üçün lazım olan infrastruktura böyük sərmayə qoyub.
Avropanın ən böyük MTG-nin yenidən qazlaşdırılması zavodu Barselonadadır və hazırda Aİ-də olan bütün belə zavodların üçdəbiri isə İspaniyada yerləşir. Bununla belə, Ribera fövqəladə vəziyyətdə İspaniyanın könüllü olaraq istehlakı cəmi 7-8 faiz azaldacağını açıqlayıb.

 

Fransada "ümumi səfərbərlik"

 

Fransanın dörd MTG terminalı var. İyunun ortalarından etibarən Fransa artıq Rusiya Federasiyasından birbaşa boru kəməri qazı almır, eyni zamanda dünyada rəsmi Moskvanın mayeləşdirilmiş qazının ən böyük idxalçısına çevrilib. Bir ay əvvəl üç ən böyük yerli elektrik tədarükçüsü şirkətinin rəhbərləri əhaliyə müraciət edərək ona qənaət olunması xahişi ilə müraciət etmişdilər. Paris həmçinin enerji təchizatında "narıncı səviyyə" adlanan həddi elan edib ki, bu da gərgin vəziyyətin mövcudluğu deməkdir.
Prezident Emmanuel Makron isə daha da irəli gedərək 14 iyul milli bayram günü  Fransanın enerjiyə qənaət planını "ümumi səfərbərlik" adlandırıb.
Fransa hakimiyyəti öz enerji təchizatını daha da şaxələndirməyi, bərpaolunan enerji mənbələrindən (BEM) istifadəni sürətli artırmağı və qaz anbarlarını doldurmağı planlaşdırır. 

 

Belçika ƏDV-nin azaldılması ilə enerji qənaətini təşviq edir

 

Belçika enerjiyə qənaət edən həmvətənlərinə və şirkətlərinə maliyyə stimulları verir. Mart ayından etibarən onlar tikinti materialları və binaların sökülməsi və təmiri, eləcə də günəş enerjisi ilə işləyən günəş panellərinin, istilik nasoslarının və  suqızdırıcı qazanlarının quraşdırılması kimi xidmətlərə görə ƏDV dərəcələrini 21 faizdən 6 faizə endiriblər. 
Rusiya Federasiyasından idxal edilən qazın payı Belçikada istehlak edilən bu növ yanacağın cəmi 6 faizini təşkil edir, Zebrugge limanında MTG qəbul etmək üçün nəhəng terminal tikilib. Buna baxmayaraq, Belçika hakimiyyəti  Tihange 3 və Doel 4  nüvə reaktorlarını 2025-ci ildə bağlamaq planından vaz keçərək, onları daha on il fəaliyyətdə saxlamaq qərarına gəlib.

 

Hollandiya və Avstriya kömürə qayıdırlar

 

Hollandiya da Almaniya kimi cəmi bir neçə ay əvvəl sarsılmaz görünən prinsiplərdən uzaqlaşır: iqlim böhranı səbəbindən gücü üçdə bir azaldılan kömürlə işləyən elektrik stansiyaları indi 2024-cü ilə qədər tam gücü ilə işləyəcəkdir.
Avstriyada isə qapalı Verbund Elektrik Stansiyası yenidən kömürlə işləyəcək, qazla işləyən elektrik stansiyaları isə maye yanacağa keçirilə bilər.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video