31 Avqust 2024 13:46
96
İDMAN
A- A+

Avropa Gimnastikasının rəsmisi: Bizi Bakıda maraqlı və rəqabətli yarış gözləyir

 

“Sevindiricidir ki, 15-ci dəfə keçiriləcək "TeamGym" üzrə Avropa çempionatı bu dəfə yüksək təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Şoustrand Bakıda bu növ üzrə ilk dəfə keçiriləcək Avropa çempionatı barədə danışarkən deyib.

Qurum rəhbəri Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsinin çox olduğunu qeyd edib: "Bizi Bakıda maraqlı və rəqabətli yarış gözləyir. Bu turnir hər il Avropanın müxtəlif ölkələrində keçirilir. Yeni şəhərlər və fərqli mədəniyyətlər kəşf etmək bizə zövq verir. Hər ölkədə yeniliklərlə qarşılaşırıq. İnanırıq ki, Bakıda da tamamilə fərqli atmosfer olacaq".

O, turnirdə qitənin ən güclü komandalarının iştirak edəcəyini vurğulayıb: "Ümid edirəm ki, Milli Gimnastika Arenasında tamaşaçıların möhtəşəm dəstəyi bizi daha da həyəcanlandıracaq, azarkeşlər idmançıların çıxışlarını izləyib, zövq alacaqlar. Çünki bu çempionatı fərqli formatda keçirməyi planlaşdırırıq. Hazırda gimnastikanın bu növü Avropanın 20 ölkəsində sürətlə inkişaf etməkdədir. İnanırıq ki, bu rəqəm ildən-ilə artacaq. Digər ölkələr də mötəbər turnirlərə ev sahibliyi etmək barədə Azərbaycanın təcrübəsindən yararlanacaqlar".

Qeyd edək ki, “TeamGym” üzrə Avropa çempionatı oktyabrın 16-19-da Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda 14 ölkədən 268-i böyük və 230-u yeniyetmə olmaqla, ümumilikdə 498 idmançı mübarizə aparacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video