18 Dekabr 2021 00:23
330
Elm və texnika

Aviasiya üçün yeni təhlükə yarana bilər

 

ABŞ Mülki Aviasiyası üzrə Federal İdarəetmə Agentliyi (FAA) bildirib ki, müəyyən olunmuş diapazonda çalışan 5G təchizat sistemləri tərəfindən müdaxilələr uçuşları təhlükə altına ala və təxribatlara imkan yarada bilər. Aviasiya təmsilçiləri və FAA mütəxəssisləri daha öncədən 3.7-3.98 GHz diapazonlarda çalışan 5G təchizatlarının yarada biləcəyi problemlər barədə narahatlıqlarını bununla izah edirlər ki, bu cür diapazonda çalışan 5G-lər yüksək həssaslığa malik aviasiya cihazlarına dağıdıcı təsir göstərə bilərlər. Buna radio yüksəklikölçən aparatlarını misal göstərmək olar. Bu səbəblə də “AT&T” və “Verizon” mobil operatorları noyabr ayında bu cür 5G şəbəkələrin istifadəyə verilməsini 2022-ci ilin 5 yanvar tarixinədək təxirə salmağı qərara aldılar.

FAA öz növbəsində yerüstü mənbələrdən müəyyən diapazonda siqnalların olduğu halda radio yüksəklikölçən aparatlarının təyyarələrdə və helikopterlərdə istifadəsini qadağan edib. Belə siqnallar anormal davranışların yaranmasına gətirib çıxara bilər və bu, adətən uçuş obyektinin daha aşağı hündürlükdə olduğu zaman baş verir. Agentlikdən bu da bildirilib ki, 5G şəbəkələrinin geniş yayılması öz növbəsində aviasiya sahəsinin tələblərinə uyğunlaşdırıla bilər. Hazırda bu məsələ ətrafında Federal Rabitə Komissiyası, Ağ ev və bu sahənin təmsilçiləri ilə məsləhətləşmələr aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video