“ASAN xidmət”i ÇƏTİNləşdirənlər
Hər gün yolum Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət”in yanından düşür. Mərkəzin qarşısında yayın istisində uzanan növbəni görəndə təəssüf hissi keçirirəm.
Səhər saatlarından başlanan bu növbələrin nə vaxtadək davam etdiyini deyə bilmərəm, amma qeyd edim ki, bu hal hər gün təkrarlanır və vətəndaşların narazılıqları üz ifadələrindən aydın hiss olunur. Kimi yaşlı, kimi əliuşaqlı, kimi də xəstə olduğunu əsas gətirərək ön sıralara keçmək istəyir. Polis işçiləri növbəni nizama salmaq istəsələr də, bəzi insanların səbirsizliyi mübahisələrin yaranmasına gətirib çıxarır.
Vətəndaşların işinin asanlaşmasına yönəlmiş bu mərkəzin xidmətindən dəfələrlə istifadə etmiş və göstərilən xidmətdən razı qalmışam. Lazımi xidmət üzrə onlayn növbə götürərək vaxt itirmədən mərkəzin xidmətindən faydalanmışam. Mərkəzin işçilərinin və könüllü gənclərin fəaliyyətindən narazı qalanlara heç təsadüf etməmişəm.
Dünyanı başına götürmüş virusun tüğyan etdiyi bir dövrdə sosial məsafə gözləmədən saatlarla növbəyə dayananları görəndə isə düşünürəm ki, qızmar günəşin istisində burada əziyyət çəkən vətəndaşlar onlayn növbələrdən istifadə etsələr, daha yaxşı olmazmı?! Bununla həm vaxtlarına qənaət etmiş, həm də virusdan qorunmuş olarlar. Eyni zamanda operativ fəaliyyət göstərən bu mərkəzin işinə kölgə salmazlar.
Sözün əsl mənasında, bu mənfi halları yaradan təşkilat yox, biz vətəndaşlarıq. Bəlkə bu vəziyyəti aradan qaldırmaq üçün hansısa addımları atmaq olar. Məsələn, insanlarla bu mövzuda KİV, sosial şəbəkələr, TV və radiolar vasitəsilə daha çox maarifləndirmə işi aparılmalıdır və ya ASAN-ın rəsmi saytında mərkəzdə növbələrin onlayn interaktiv cədvəlini yerləşdirmək mümkündür. Hər halda bu barədə düşünməyə dəyər. Hələliksə fakt faktlığında qalır, hər gün burada iynə atsan, yerə düşməz.
Nərminə SUCƏDDINQIZI
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!