18 Yanvar 2023 02:47
570
Mədəniyyət
A- A+

Arzuları ifadə edən naxışlar

 

"Təkəlduz sənətində sapların rəng harmoniyasını tapmaq görəcəyin işin yarısı deməkdir. Müxtəlif rənglərə boyanmış ipək saplarla doldurulan əlvan naxışlar əl işi başa gələnə qədər sənə rahatlıq verməyəcək. Bu duyğuları sözlə ifadə etmək çətindir".
Bunu AZƏRTAC-ın əməkdaşı ilə söhbətində təkəlduz ustası Samirə Bayramova deyib. O, Laçında anadan olub, işğal zamanı - 1992-ci ildə 10 yaşında ikən ailəsi ilə birgə Sumqayıt şəhərinə gəlib, məcburi köçkünlük həyatı yaşayıb. İbtidai sinif müəllimidir, Laçın rayonu 5 nömrəli məktəbdə çalışır. Laçına qayıdacağı günü səbirsizliklə gözləyir. Elə əl işlərində də vətənpərvərlik mövzusu diqqət çəkir. Samirə Bayramova bu sənətə uşaqlıqdan başlayıb, anasını ilk müəllimi hesab edir. Amma sonralar "böyük sənətə" gəlmək üçün peşəkarlardan öyrənməyin vacibliyini anlayıb. Sərgilərdə tikmə, xovlu tikmə və təkəlduz nümunələri ilə iştirak edir.
İndiyədək ən uğurlu əl işləri arasında "İçərişəhər"i xüsusi vurğulayır. Deyir ki, bu əl işinin üzərində bir il çalışıb. "Sevə-sevə işləmişəm. Elə olub ki, gün ərzində 3-4 saat yatmışam, amma nə bezmişəm, nə də yorulmuşam", - deyə əlavə edir.
Mövzu seçimindən danışarkən bunun çox zaman həmin an nə hiss etməsi ilə bağlı olduğunu söyləyir. Buna misal kimi, "Xarıbülbül" əsərini vurğulayır: "Rəssama onun eskizləri ilə bağlı sifariş verəndə müharibə ab-havası yox idi. 2020-ci ilin fevralında işi götürdüm və onu başa çatdırmamış, sentyabrın 27-də müharibə başladı. Müharibə dövrünə düşdüyündən çox istəyirdim ki, Şuşa azad olunana qədər işi bitirim. Nə yaxşı ki, elə də oldu, Şuşa azad olunanadək əl işimi tamamladım".
Samirə Bayramova "Xarıbülbül" əsərini Şuşaya gedərkən şəhərə bağışlayacağını deyir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video